hemle

Yeni smart-tipli sayğaclardan kimlər istifadə edəcək? - AÇIQLAMA

Tarix:26-01-2021, 17:42
Baxış Sayı:278

“Əhaliyə limit verilib. Noyabr-oktyabr aylarından başlayaraq müəyyən edilən limiti keçən abonentlər yandırdığı sərfiyyata uyğun daha çox vəsait ödəyir. Bununla əlaqədar onlar qaz sərfiyyatı üçün ödədikləri vəsaitin çox olduğunu bildirirlər”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib:

“3-5 ildən bir sayğaclar dövlət yoxlamasına getməlidir. Bəzi abonentlərimiz müddəti bitmiş sayğaclardan narazıdırlar. Biz bu gün köhnə sayğacların yeniləri ilə əvəz olunmasını təmin edirik. Sayğacların yoxlanma prosesi təkcə “Azəriqaz”ın iştirakı həyata keçirilmir, burada həm də Azərbaycan Metrologiya İnstitutunun nümayəndələri iştirak edir. Həmin nümayəndənin imzası, onun razılığı olmadan bu sayğaclar istismara buraxılmır. Ölkəyə gətirilən sayğaclar dövlət reyestrindən keçir. Əgər abonent şikayət edirsə, biz onu araşdırmağa hazırıq.

Yeni smart-tipli sayğaclar yalnız yeni abonentlərə, eyni zamanda bundan əvvəl də smart-tipli sayğacdan istifadə olunan yaşayış evlərinə quraşdıracağıq.

Həm yeni abonentlər üçün quraşdırılan sayğaclar, həm də sayğacların dəyişdirilməsi tam ödənişsizdir”.

Digər xəbərlər
09:27 İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari
09:24 Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil
09:20 Türkiyədə 75 nəfərlik qrup itkin düşdü
09:18 ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."
09:16 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var