hemle

SMART-KARTLARA 10 MANATLIQ “HƏDİYYƏ”… – DİN HƏRƏKƏTƏ KEÇDİ

Tarix:27-04-2020, 14:47
Baxış Sayı:433

“Azəriqaz” və “Azərişıq” smart-kartlarına ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yalan məlumat yayan şəxs barədə araşdırma aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Sözügedən məsələlərlə bağlı “Azəriqaz” və “Azərişıq”dan Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda araşdırma aparılır”, – nazirlikdən deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşılıb. Nəticədə ödəniş terminallarının qarşısında lüzumsuz yerə böyük sıxlıq yaranıb ki, bu da karantin qaydalarının ciddi pozulmasına gətirib çıxarıb.axar.az

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı