hemle

Metroda işləmək istəyənlərin NƏZƏRİNƏ

Tarix:30-01-2021, 10:16
Baxış Sayı:316

“Bakı Metropoliteni” QSC tərəfindən qatar maşinisti peşəsinə seçimlər elan edilir. Qurum tələblərə uyğun gələn gəncləri fəal olmağa dəvət edir.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Bakı Metropoliteni” hərəkət qatarlarının maşinisti peşəsi üzrə seçimlərdə iştirak etmək istəyən namizədlər aşağıdakı tələblərə diqqət etsinlər:

• yaşı 24-30 arasında olan kişi və qadın namizədlər;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.
Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Ərizə forması doldurularkən bir məqama xüsusi diqqət olunmalıdır: elektron müraciətdə, iddia etdiyiniz peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməlidir.

Elektron ərizələr 1 fevral 2021-ci il tarixindən 15 fevral 2021-ci il tarixinə qədər qəbul edilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir