hemle

Sarkisyan Azərbaycanı hədələdi

Tarix:28-01-2021, 22:05
Baxış Sayı:324

Ordu günü bu il olmasa da, erməni xalqının hər zaman sevinclə qeyd olunan müqəddəs bayramlarındandır”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib.

Sərkisyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətini etiraf edib: "Hər il bu günü sevinclə qeyd edirdik, amma bu gün əhval-ruhiyyə fərqlidir, qurbanlara və digər itkilərə görə hamı kədərlənir”.

Eks-prezident xalqa müraciətində Ermənistanın mövcud hakimiyyətini xəyanətdə ittiham edib:

"Sənə xəyanət etdilər, arxadan bıçaqlandın, ağır yaralandın və bundan əvvəl, son illərdə səni güzəştə getmək və zəiflətmək üçün hər şeyi etdilər. Bu gün minlərlə valideyn istismar edilməsindən danışır, amma kimsə ordunun tələyə salındığını bilmir”.

İşğalçı ölkənin keçmiş lideri Azərbaycanı təhdid etməkdən də çəkinməyib.

Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış cəllad Sərkisyan İkinci Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib:

"Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və düşmənə yaxın zamanda biabırçı keçmişini xatırlatacaq”.

Şübhəsiz ki, Sərkisyan "biabırçı keçmiş” deyəndə, 1990-cı illərdə rus ordusu ilə birlikdə Azərbaycana qarşı həyata keçirdikləri işğalı nəzərdə tutur. O cümlədən, törətdikləri Xocalı soyqırımı və digər müharibə cinayətlərini...

ATESH,AZ

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər