hemle

Şok gəlişmə: “Paşinyan və prezidenti həbs edəcəyik” - Anons verildi

Tarix:6-07-2020, 12:29
Baxış Sayı:498

“Parlamentin spikeri Ararat Mirzoyanın konstitusiya dəyişikliyinə dair imzalayacağı qanun 89 + 1 nəfərin mühakimə olunması üçün son sübut olacaq”.

ATESH,AZ saytı Teleqraf.com istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, bu ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

Onun sözlərinə görə, keçmiş hakimiyyətin üzvlərini konstitusiyanı pozmaqda ittiham edən Baş nazir Paşinyanın özü ölkənin ali qanunlarını onu dəyişdirməklə kobud şəkildə pozur: “Gələcək hökumətdə kim olacağından asılı olmayaraq, 89 deputat və Nikol Paşinyan da, bu ittihamla mühakimə olunacaq”.

Minasyan qeyd edib ki, gələcəkdə təzyiqlərdən və hücumlardan azad olan məhkəmə baş nazir və partiyasından olan deputatları uzun müddətə azadlıqdan məhrum edəcək: “Ölkənin dövlət adlandırılmasını və insanların vətəndaş olma hüququnu bərpa etmək lazımdır. Bu gün baş verənlərlə səssiz qalan və konstitusiya dəyişikliklərini obyektiv qiymətləndirməkdən boyun qaçıran hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar sabah məhkəmə prosesində səssiz qalmalı olacaqlar”.

O, Ermənistan baş nazirini ölkəni fəlakətə sürükləməkdə ittiham edib, habelə Prezident Armen Sərkisyanın özünü hökumət başçısı kimi aparmadığını söyləyib:

“Ermənistan Prezidenti Armen Sərkisyan da gələcək məhkumların siyahısına daxil edilə bilər. Bu, çox uğursuz bir reallıqdır, çünki əslində Armen Sərkisyan bacarıqlı bir insandır. Amma o, özünü müstəqil şəkildə apara bilmir. Zənn elədim ki, Armen Sərkisyan Ermənistan üçün fəaliyyət göstərəcək, lakin mən onun Paşinyana xidmət etdiyini görəndə səhv etdiyimi anladım. Prezident qanunsuzluğu dayandırmaq üçün bütün vasitələrə sahib idi, amma heç nə demədi və bu, onun Ermənistana etdiyi ən böyük pislikdir”.

Müəllif: Mənsur Rəğbətoğlu

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı