hemle

Xocalı qatili silahdaşlarıyla AZƏRBAYCANI GƏZDİ

Tarix:29-07-2020, 12:53
Baxış Sayı:563

hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı

Xəbər verildiyi kimi, iyulun 21-dən “n”-inci dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımıza gələn Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyan anası ilə görüşdükdən sonra Qarabağın görməli yerlərini gəzməyə başlayıb.


Erməni saytlarının yaydığı məlumata görə, dünən – iyulun 24-də S. Sərkisyan Xocavənd rayonunun işğal altındakı Sos kəndində yerləşən Azərbaycan türklərinin qədim xristianlıq dövrünə aid Amaras məbədini ziyarət edib. Ziyarət zamanı terrorçu eks-prezidenti Qarabağın keşişi Parqev Martirosyanla birgə silahdaşlar: separatçı rejimin keçmiş rəhbəri Bako Saakyan, sabiq “müdafiə naziri” Levon Mnatsakanyan və digərləri müşayiət ediblər.


Serjik “Facebook” səhifəsində xatırladıb ki, 1990-cı illərdəki müharibə dövründə ermənilər döyüşə yollanarkən Amaras məbədinə gəlib xeyir-dua alırmışlar. O, özünün o illərdə bu məbədi ziyarət etməsinin görüntüləndiyi videonu da paylaşıb.

Leyla Həsənova
hemlemedia.az

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT