hemle

Onlar WhatsApp mesencerindən imtina edəcəkmi? – Azərbaycanlı məşhurlarla sorğu

Tarix:12-01-2021, 16:38
Baxış Sayı:281

Dünyanın ən populyar mobil mesajlaşma xidmətlərindən biri olan WhatsApp-ın "Məxfilik şərti" siyasətindən sonra bir çox məşhurlar WhatsApp messencerindən imtina ediblər.

Buna səbəb isə, istifadəçilərin məxfi yazışmalarının birbaşa "Facebook"a ötürülməsini bəyan etməsi olub.Düzdür, şirkət sonrakı açıqlamasında bu dəyişikliyə getməkdən imtina etdiyini açıqladı. Bununla belə, WhatsApp -dan uzaqlaşanların sayı kifayət qədərdir.

Bəs görəsən yerli məşhurlarımız məxfilik siyasətindəki dəyişikliyə görə WhatsApp imtina ediblərmi?

Tanınmış müğənni, Əməkdar artist Rühəngiz Allahverdiyeva Sfera.az-a bu barədə məlumatının olmadığını söyləyib:

"Düzünü desəm, bu barədə tam məlumatlı deyiləm.Hazırda istifadə edirəm. Elədirsə, birdəfəlik istifadəsinə qadağa qoyulsun. Nəyə lazımdır bu cür məlumatlar verib, insanları narahat etmək. Əgər mənim şəxsi yazışmam sosial şəbəkələrdə müzakirə ediləcəksə, heç olmamağı yaxşıdır. Guya sosial şəbəkələrin olmağının insanlara nə xeyri var ki? Əksinə daha da bədbəxtlik gətirir ”.

Məşhur rejissor və aktyor Kənan Mahmudov (MM) məlumatların məxfi saxlanılmasına inanmasa da, WhatsApp silmədiyini bildirib:

"Hazırda WhatsApp-dan istifadə edirəm. Baxmayaraq ki, reallığı əks etdirir. Ancaq mənə maraqlı deyil, silmək fikrim də yoxdur”.

Muğam ifaçısı, Əməkdar artist Babək Niftəliyev bu cür məlumatları əsassız söhbət adlandırıb.

"Şəxsən mənə bu cür məlumatlar maraqlı deyil. Bizə maraqlı olan Qarabağımızın işğaldanazad olunmağı idi, o da şükürlərolsun, həll olundu. Yəni, sosial şəbəkələrin varlığı və yoxluğu mənim üçün əsas meyar hesab olunmur. Bununla belə, inanmıram ki, kiminsə şəxsi yazışması sosial şəbəkələrə ötürülsün”.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik siyasətindəki dəyişiklik səbəbindən WhatsApp messencerindən imtina edib. Prezidentin ardınca məşhur türkiyəli müğənni Yildız Tilbe "Twitter" hesabında "WhatsApp"ı telefonundan sildiyini açıqlayıb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR