hemle

İşsiz vətəndaşlara 110 manat veriləcək? - Açıqlama

Tarix:4-01-2021, 15:51
Baxış Sayı:379

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat ünvanlı sosial yardımın verilməsi haqda məlumat yayılıb. Bunun üçün vətəndaşlara e-sosial.az saytında qeydiyyatdan keçmək və müvafiq xanaları doldurmaq tövsiyə edilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, nazirlik bununla bağlı rəsmi açıqlama yaymayıb:

“Pandemiyaya görə vətəndaşlara 110 manat ödəniləcəyi və bunun üçün qeydiyyatdan keçməyin lazım olması ilə bağlı nazirliyin qərarı yoxdur. Ümumiyyətlə, ünvanlı sosial yardımla bağlı müraciət forması da sözügedən videoda qeyd edildiyi kimi deyil.

Bu məlumatı yayan şəxsin, görünür, prosedurdan xəbəri yoxdur. Həmçinin ünvanlı sosial yardımın 190 manat birdəfəlik ödəmə ilə heç bir əlaqəsi yoxdur”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir