hemle

DYP-dən vətəndaşlara MÜRACİƏT

Tarix:24-12-2020, 18:32
Baxış Sayı:334

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

BDYPİ-dən “Report”a daxil olan müraciətdə deyilir:

“Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər.


Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, ABS tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.

Eyni zamanda nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.

Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.

Bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırırıq”.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı