hemle

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi müzakirə olundu - FOTO

Tarix:22-12-2020, 22:28
Baxış Sayı:540

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan geniş miqyaslı islahatların əsas hədəfi vətəndaş rifahının təminatı, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Aparılan islahatlarla bağlı olaraq normativ hüquqi baza daim təkmilləşdirilir.

S.Babayev bildirib ki, ümumilikdə əmək və sosial sahədə islahat tədbirləri, əmək bazarı proqramları, əmək, məşğulluq, sosial müdafiə sahələrində hazırlanan yeni qanunvericilik layihələri mütəmadi olaraq Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edilir, sosial dialoq müstəvisində sosial tərəfdaşların rəy və təklifləri öyrənilir.

Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal, səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təzahürü kimi, son illərdə Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv də seçilib.

Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan ölkəmizdə əmək qanunvericiliyi həmin konvensiyalara uyğun şəkildə təkmilləşdirilib. Hazırkı iclasın gündəliyində də BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarının müzakirə edilməsi var.

Bir çox layihələrin daha təkmil şəkildə hazırlanmasında ötən dövrdə Komissiyada aparılmış müzakirələrin önəmini qeyd edən S.Babayev hazırkı iclasda bir sıra yeni qanunvericilik layihələrinin sosial tərəfdaşlarla birgə müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Komissiya “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliAk edilməsi barədə Qanun layihəsini müzakirə edib. Həmçinin dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmləri və s. barədə layihələr, BƏT-in “Sahibkarların ödəmə qabiliyyəti olmadığı halda zəhmətkeşlərin tələblərinin müdafiəsi haqqında” 173 nömrəli Konvensiyasının ratifikasiyası imkanları müzakirə edilib.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi müzakirə olundu - FOTO

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ