hemle

Xəzər “donur”, yağış, qar, külək gözlənilir - AÇIQLAMA

Tarix:21-12-2020, 18:25
Baxış Sayı:359

“Dekabrın iki ongünlüyü artıq geridə qalıb. Bundan sonra günlər uzanmağa, gecələr isə qısalmağa doğru gedəcək. Dekabr ayları arasında bu ilki dekabr havasına görə ən qeyri sabit və dəyişkən aylardan biri kimi qeyd oluna bilər. Orta temperatur normaya yaxın olsa da, tərəddüd amplitudası nəzərəçarpacaq dərəcədə olub”.

Bunu mətbuata açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu ayın 20 günündən 11-də hava temperaturu normanı 2 dərəcə aşmışdısa, altı gün isə orta iqlim göstəricilərindən 3 dərəcə aşağı olub:

“Çoxillik göstəricilərə görə, əksər rayonlarda yağıntılı günlərin sayı 6-9 günədək, Quba-Şamaxı və Lənkəran-Astara zonalarında isə 11-13 günədək olub. Bu il yağıntıların miqdarı ölkə ərazisi üzrə qeyri-bərabər paylanıb, lakin bəzi regionlarda müəyyən günlərdə kifayət qədər intensiv olub ki, bu da sanki təbiətin yay dövründəki defisitini örtmək üçün cəhdidir.

Beləliklə, paytaxtda yağıntılı günlərin sayı 15 gün (demək olar ki, normadan iki dəfə artıq) olub, iki ongünlük yağıntının miqdarı isə aylıq normanın 110 faizini təşkil edib.

Gəncə-Qazax və Quba zonalarında 20 günün 15-də yağıntılar müşahidə edilib ki, bu da aylıq normanın 107 faizini təşkil edib. Balakən-Şəki zonasında 17 gün yağıntılı olmaqla, miqdarı aylıq normanın 166 faizini, Mərkəzi Aran zonasında 15 gün yağıntı olmaqla, miqdarı Tərtər rayonunda aylıq normanın 95 faizini, Beyləqan rayonunda isə 135 faizini təşkil edib.

Ölkənin dağlıq rayonlarında 11 gün ərzində qar müşahidə edilib ki, bunun da qalınlığı Ləzədə 25 sm, Qırızda 13 sm (Quba rayonu), Kişçayda (Şəki) və Daşkəsəndə 12 sm, Şahdağda 11 sm, Lerikdə 10 sm, Gədəbəy və Yardımlıda 9 sm olub”.

“Ümumiyyətlə, göründüyü kimi, meteomüşahidələrin məlumatına görə, qış ayları yumşaq keçir. Lakin son onilliklərə nəzər salanda görürük ki, 2002-ci ilin dekabr ayı meteomüşahidə tarixinin ən soyuq ayı kimi qeydə alınıb.

Bu, Skandinaviyadan dəfələrlə güclü soyuq arktik hava kütləsinin daxil olması ilə izah edilir. Həmin dövrdə hətta Bakıda havanın temperaturu 18 gün ərzində sıfır dərəcədən aşağı düşüb, qarın qalınlığı isə Abşeron yarımadasında yarım metrə qədər çatırdı.

Havanın temperaturu isə aylıq normadan 5,6 dərəcə aşağı düşmüşdü. Məlumat üçün qeyd edək ki, bir ildən sonra - 2003-cü ilin müvafiq dövründə əksinə hadisə baş verərək, havanın temperaturu müsbət 23 dərəcəni göstərib. Belə anomal halların baş verməsi iqlim dəyişmələrinin təzahürü kimi qəbul edilməlidir.

Elə bu il Rusiyanın cənubunda, o cümlədən, Həştərxan vilayətində müşahidə olunan anomal şaxtalar nəticəsində Xəzər dənizinin şimal hissəsində əvvəlki illərdən fərqli olaraq, daha qalın buz qatları yaranıb.

Bu həftənin havasının ümumi tendensiyası ilə bağlı onu demək olar ki, qarşıdan gələn günlər də, əsasən, qeyri-stabilliyi ilə seçiləcək. Ölkə ərazisindən keçən atmosfer cəbhəsi ilə əlaqədar dekabrın 23-dən 26-dək bəzi yerlərdə intensiv yağıntı, dağlıq ərazilərdə isə qarın olması proqnozlaşdırılır.

Bu proses 24-25 dekabr tarixlərində şimal-qərb küləyinin saniyədə 15-20 metr, bəzi hallarda isə 23 metrədək güclənməsi ilə müşahidə olunacaq”, - deyə xidmət rəisi əlavə edib.

Digər xəbərlər
09:29 Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı
09:25 Ukrayna ətrafında GƏRGİNLİK ARTIR - Tokayev ölkədə həyəcan təbili çaldı
09:22 Nüvə riskinin sərhədimizə sıçrayan dalğası: İrəvan hücuma keçəcək
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA