hemle

ƏKSƏR RAYONLARDA ŞİMŞƏK ÇAXIB, YAĞIŞ YAĞIB – FAKTİKİ HAVA

Tarix:6-06-2020, 16:00
Baxış Sayı:437

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən ONN media-ya verilən məlumata görə, iyunun 6-nа olan məlumatına əsasən əksər rayonlarda şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub.

İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb.

Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib.

Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub.

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz