hemle

BU RAYONLARA YAĞIŞ YAĞIB, DOLU DÜŞÜB – FAKTİKİ HAVA

Tarix:5-06-2020, 21:08
Baxış Sayı:393

Respublika ərazisində mövcud hava şəraiti açıqlanıb.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin 5 iyun saat 20:00-а olan məlumatına əsasən, Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb.

Tərtər rayonu Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir