hemle

Dövlət Komitəsi Şuşada işlərə başladı

Tarix:17-12-2020, 21:02
Baxış Sayı:350

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrindən ibarət heyət Şuşa şəhərindədir və orada qiymətləndirmə işləri aparılır. Bu, gələcək planlarımızı həyata keçirmək üçün lazımdır”.

Bunu Komitənin sədr müavini İlqar İsbatov bildirib.

“Şuşadakı mənzil fondunun, məktəblərin, bağçaların, xəstəxanalarının və digər infrastruktur obyektlərinin vəziyyətini qiymətləndirməliyik, ən əsası isə şəhərin tarixi-mədəni abidələrinin vəziyyətini öyrənməliyik. Bu istiqamətdə mütəxəssislər qruplara bölünüb və hər kəs öz sahəsi üzrə işlərlə məşğuldur. Erməni vandallarının Şuşada törətdiyi dağıntılar çox böyük təəssüf doğurur. Bu gün şəhərdəki mədəni abidələrimizi dağılmış vəziyyətdə görmək ağrıdıcıdır. Bütün işğaldan azad edilmiş ərazilər üzrə Fəaliyyət Planı müəyyənləşdirmişik. İlk növbədə ərazi planlaşdırma sənədlərinin hazırlanmasını düşünürük. Bu iş bir neçə mərhələli olsa da, biz onu qısa müddətdə yekunlaşdırmağı düşünürük”, - deyə sədr müavini qeyd edib.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR