hemle

“İlham Əliyev Makronun planlarını alt-üst etdi” - Ərdoğan

Tarix:11-12-2020, 14:25
Baxış Sayı:333

“Çox dəqiq və aydın danışacağam. Təəssüf ki, Makronun Minsk üçlüyünün üzvü kimi bu müddətdə müsbət qatqısı olmadı. Burada da, təəssüf ki, Fransa Prezidenti olaraq həqiqətən də ağlasığımaz hərəkətlər edir. Atdığı çox təcrübəsiz addımlar sayəsində indi burada hər şeyi bir-birinə qatıb”.

hemlemedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərdən birinin “Təxminən 30 ildir ki, Dağlıq Qarabağda davam edən bir işğal var. Bu işğal bitən kimi Fransa Parlamenti tərəfindən Dağlıq Qarabağdakı qondarma rejimin tanınması qərarı verildi. Fransanın münasibətini necə şərh edərdiniz? Fransa bölgədə nə istəyir?” sualına cavabında deyib.

“Diqqət edirəm, Makronun siyasi həyatında hər yerdən bir şey əldə etmək və ya çıxarmaq üçün bir səy var. Görürsən, Livanda hər yer yandırılıb, dağıdılıb, Makron Livana təlimat verir və oradan nəsə əldə etməyə çalışır. Başqa sözlə, hər zaman vəziyyətdən faydalanmaq üçün çalışır. Yəni Makron belə bir xarakterə sahibdir.

Bu səbəbdən Azərbaycanla bağlı atdığı addımlarda da planları baş tutmadı. Xüsusilə, cənab Əliyev bu məsələdəki mövqeyi ilə Makronun planlarını alt-üst elədi. Bu kimə zərər verəcək? Fransaya. Niyə? Bəlkə də Fransa bu günə qədər atılan addımlar, məsələn, müxtəlif razılaşmalar və s. istisna olmaqla Azərbaycan-Fransa münasibətlərini bitirəcək. Bu, siyasi təcrübəsizlikdir”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir