hemle

Ərdoğan: "Azərbaycanın qazandığı qələbə ana südü kimi halaldır"

Tarix:5-12-2020, 18:51
Baxış Sayı:301

"Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını, şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir".

Report NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından Sarıkamış-Karakurt-Horasan yolunun açılış tədbirinə canlı bağlantı zamanı deyib.

"Azərbaycan heç kimin torpağını işğal etməyib. 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, - Türkiyə lideri bildirib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir