hemle

Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”

Tarix:25-11-2020, 14:18
Baxış Sayı:324


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib.

O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb:

“Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən və açıq şəkildə erməniləri dəstəkləyən Minsk Qrupunun həmsədrinin və bəzi ölkələrin narahatlıqları önəm kəsb etmir”.

Ərdoğan Rusiya prezidenti ilə də Qarabağ mövzusunu müzakirə etdiyini deyib:

“Dünən axşam cənab Putinlə bu məsələləri müzakirə etmək imkanım oldu. Hansı addımları ata biləcəyimiz barədə danışdıq. Həm dəmir yolu, həm də magistral yolla qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini təşkil edərək azərbaycanlı qardaşlarımızın ən qısa zamanda öz torpaqlarına qayıtmasını təmin edəcəyik”.

Türkiyə başçısı həmçinin bildirib ki, Prezident İlham Əliyev də bu barədə danışıb:

“Qardaşım İlham Əliyevlə danışdıq və atılan addımları dəyərləndirdik. Kəlbəcər tamamilə təhvil verildi. Azərbaycanlı qardaşlarımızın Kəlbəcərə getmək imkanı olacaq. 30 il gecikmə ilə olsa da Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başladı. Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq