hemle

Ərdoğan: “Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq”

Tarix:21-11-2020, 18:09
Baxış Sayı:315



“Qardaş Azərbaycanla birlikdə 30 illik fəlakəti sona çatdıran qələbənin sevincini yaşadıq”.

“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.

Dövlət başçısı çıxışı zamanı demokratiya və inkişaf üçün aparılan mübarizənin qarşısını ala bilməyəcəyini görənlərin son yeddi ildə onlara qarşı əllərindəki bütün kartları açdıqlarını deyib:

“Bizi Suriya sərhədimiz boyunca terror dəhlizi ilə əhatə etməyə çalışdılar, əməliyyatlarımızla bu qanlı zənciri qırdıq... Liviyada başqa bir oyuna girdilər. Orada da həvəslərini qursaqlarında qoyduq. Ermənistanı təhrik edərək Qafqazda başqa bir şey etməyə çalışdılar. Qələbə sevincini qardaşlarımızla birlikdə yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da uğursuzluğa düçar olacaqlar”, - deyə o bildirib.

Türkiyənin dövlət başçısı əsas hədəfin dostlar və müttəfiqlərlə daha güclü əməkdaşlıq qurmaq istəyi olduğunu vurğulayıb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...