hemle

Milli Qəhrəmanlarımızın sayı neçə oldu..

Tarix:10-12-2020, 10:14
Baxış Sayı:450

Prezident İlham Əliyevin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə (Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra); Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra); Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Modern.az saytının məlumatına görə, ölkə başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı artaraq, 218 nəfərə çatıb.

Xatırladaq ki, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı bundan öncə Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) verilmişdi.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT