hemle

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO

Tarix:30-11-2020, 17:05
Baxış Sayı:345


Hələ işğaldan əvvəl təkcə Kəlbəcər rayonunda 34 yeraltı faydalı qazıntı yatağı olub. Bu rayonun ərazisində təsdiq olunan yataqlarda 143 ton qızıl ehtiyatı var.

Baku TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev bildirib ki, Kəlbəcərdə hasil edilən qızıl xarici ölkələrə satılıb.

Kəlbəcər həm də su ehtiyatlarına görə ən zəngin rayonlardan biridir. Ərazisində dünyaca məhşur bir neçə mineral su hövzələri yerləşir ki, bunların da müalicəvi əhəmiyyəti var. Ancaq erməni silahlı birləşmələri işğal müddətində bu su hövzələrinə ciddi ziyan vurub.

İşğaldan azad olunan ərazilərdəki və Kəlbəcər rayonundakı mövcud ehtiyatlar yenidən öyrəniləcək. Bütün yeraltı, yerüstü sular üzrə vurulan ziyan hesablanacaq. Artıq bununla bağlı yol xəritəsi də hazırlanıb.


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir