hemle

“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI

Tarix:30-11-2020, 16:16
Baxış Sayı:304

“Torpaqların işğaldan azad olunması sevinci ilə vətəndaşlarımızın öz dədə-baba torpaqlarına bir an öncə getmələri və öz yurdlarına baş çəkmək istəklərini anlayışla qarşılayırıq. Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur”.

Bunu mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, polis postlarından yayınaraq, ara yollardan istifadə etməklə bu ərazilərə daxil olmaq və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir:

“Baş verə biləcək partlayış nəticəsində yaralı vətəndaşın həmin ərazidən çıxarılması üçün Agentliyin minaaxtaranlarının səfərbər olmaları, bir an öncə yardımın göstərilməsi üçün edilən emosional vərdişlər təhlükəli və riskli minaaxtarma və zərərsizləşdirmə fəaliyyətlərini daha da qəlizləşdirməkdədir”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir