hemle

Paşinyana 2 gün vaxt verildi: 30 noyabra qədər...

Tarix:28-11-2020, 11:14
Baxış Sayı:321

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbi qulluqçuların yaxınlarını qəbul edib.

hemlemedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra aksiya iştirakçıları danışıqların nəticəsini açıqlayıblar.

Bildiriblər ki, Paşinyan ona daha iki gün möhlət verilməsini xahiş edib. Baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək.

"Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək. Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın (hərbçilərin -red) dalınca yola düşəcəyik.

Hər şey ona aparır ki, biz uşaqların sağ olmasına minnətdar olaq. Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.

Digər valideyn qeyd edib ki, onlar övladlarının Ermənistandakı hərbi hissəyə köçürülməsini tələb edirlər.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı