hemle

"Onlar artıq dayanmalı olduğumuzu dedi" - Paşinyan məğlubiyyətin "səbəbi"ni AÇIQLADI

Tarix:10-11-2020, 16:17
Baxış Sayı:356

Ermənistan Baş Naziri Nikol Paşinyan “Facebook” hesabından xalqına müraciət edib.

hemlemedia.az saytı xəbər verir ki, o, məğlubiyyətlə bağlı razılaşmanın ordunun təsiri ilə bağlandığını deyib.

“Mən dünən bu addımı ordu rəhbərliyinin təkidindən sonra atdım. Ordu artıq dayanmalı olduğumuzu dedi. Çünki bizim suallarımız olsa da, onların perspektivli cavabı yoxdur və ya resurs tükənmişdi”, – deyə o etiraf edib.

Onun sözlərinə görə, əvvəllər neqativ razılaşma elan olunsaydı, döyüş effektivliyinin azalmasına səbəb olardı. Ermənistanlı Baş Nazir camaatın həqiqəti bilməməsindən narazı olduğunu deyib.

Ölkənin səfərbərliklə bağlı problemləri var idi; ümumiyyətlə, döyüş əməliyyatları aparmağa hazır deyildilər:

“Hərbi resurslar hər şeydə təsirli deyildi. Cəbhə bölgəsində döyüşənləri əvəz edənlər yox idi. Döyüşənlərin dincəlmə fürsəti olmalı idi”.

Paşinyana görə, bu səbəblər onu bəyannamə imzalamağa vadar edib, əks təqdirdə nəticələr daha ağır ola bilərdi.

Qeyd edək ki, Ermənistanın müharibəni uduzması ilə bağlı razılaşmasından sonra Yerevanda etiraz aksiyaları başlayıb.
ATESH,AZ

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq