hemle

Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA

Tarix:26-11-2020, 16:35
Baxış Sayı:469

Təhsil Nazirliyi Vətən Müharibəsində topçu olaraq düşmənə qarşı döyüşən 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dərsliyin üz qabığının tərtibatı nəşriyyat tərəfindən hazırlanır:

“Daha sonra məsələ Təhsil Nazirliyi ilə razılaşdırılır. 11-ci sinif tarix dərsliklərinin üz qabığının dəyişdirilməsi məsələsi hazırda müzakirəyə çıxarılmayıb.

Lakin qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək, dərsliyin məzmununa gəlməsi gündəmdədir”.

Qeyd edək ki, Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olub.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq