hemle

Bütün Azərbaycanı qürurlandıran topçunun atası oğlundan danışdı -

Tarix:4-11-2020, 16:45
Baxış Sayı:614

“Axşam evdə idim. Dostlardan biri zəng etdi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. “Nə şəkil, nə foto?”, - deyə soruşdum. Dedilər ki, qorxma, salamatlıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.
ATESH,AZ saytı xəbər verir ki, bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov Lent.az-a açıqlamasında deyib.

Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim, qayıdım, pulsuza düşüb oxuyacam”, - atası bildirib.

Qürurlu ata deyib ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. “Qəhrəman balam”, - dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy, qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”
ATESH,AZ

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR