hemle

Azərbaycanlı müğənninin oğlundan ŞOK SÖZLƏR: "Məni döyürdü, ayağımı bağlayıb..."

Tarix:7-06-2020, 11:05
Baxış Sayı:527

Müğənni Dana Dürdanənin keçmiş həyat yoldaşı ilə yaşayan oğlu Murad "Bizimləsən" verilişinə canlı yayıma qoşulub.

Dana Dürdanənin oğlu anasının ona işgəncə verdiyini açıqlayıb:

"Ailəmiz haqqında yalan danışır. Onu yeddi yaşımdan istəməmişəm. Üç yaşlı uşağı makiyaj dağıtdığına görə döyərlər? Məni döyürdü. Uşaq vaxtı ayaqlarımı stola bağlayıb, başqa yerə gedirdi. Çölə çıxmağa icazə vermirdi. Çox şey var. Hər şeyi səhv danışır. Mənə ana lazım deyil".

Müğənninin oğlu aparıcı Zaur Baxşəliyevin "Bu qadına qarşı içində zərrə qədər də analıq hissi, istək, vicdan hissi yoxdur?" sualına "Xeyr anama qarşı hiss yoxdur. Mənim qayğıma qalan bibilərim olub. Ona görə İnstaqramda ona yazmışdım ki, jurnalistlər bizim qapıya gəlməsinlər".

Dana Dürdanə isə oğlunun səsini eşidərək göz yaşlarına qərq olub və bibillərinin təsiri ilə bu sözləri dediyini qeyd edib.

Xatırladaq ki, Dana Dürdanə həyat yoldaşından ayrılıb. O, ikinci dəfə evlənib. Müğənninin hər nigahından bir oğlu var.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı