hemle

Ağdamdan köçən erməni qız: Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı

Tarix:25-11-2020, 17:24
Baxış Sayı:385


İşğaldan azad olunan Ağdam rayonun Abdal-Gülablı kəndinin yaxınlığında salınan Vazgenaşen kəndinin keçmiş icma rəhbəri Andranik Babayanın qızı Mariam Babayan “Facebook” səhifəsindən Ermənistanın baş naziri Nikol Paşinyana, Qarabağdakı qondarma rejimin başçısı Arayik Harutyunyana, qondarma rejimin ombudsmanı Artak Beqlaryana və digər rəsmi şəxslərə müraciət ünvanlayıb.

Mariam Babayanın müraciətini təqdim edirik:

“Söhbət 20 noyabr saat 17:00 radələrində Martuni rayonunun (Ağdam-red.) Vazgenaşen kəndində (Abdal-Gülablı-red.) baş verən hadisədən gedir. 20 noyabrda Ağdamın Azərbaycana təhvil veriləcəyini bilirdik, amma Vazgenaşen kəndinin təslim olması barədə bizə məlumat verilmədi. Bizə ümid verdilər, dedilər, kəndin saxlanılması üçün nə lazımdırsa ediləcək. Kəndlilərə dəqiq bir cavab verə bilməməyiniz həqiqətənmi çətin bir riyazi problem idi? 19-u tarixində təsadüfən “Facebook”da Vazgenaşenin də düşmənin nəzarətinə keçməsi barədə məlumatı gördüm və bunların hamısının rəsmi olub olmadığını başa düşmək üçün ombudsman Artak Beqlaryanla əlaqə saxlamağa çalışdım. O yenidən bildirdi ki, kəndin saxlanılması üçün işləri davam etdirirlər. Dedim: “Sabah Ağdamı təhvil versək, Vazgenaşeni də təhvil verəcəyik. Hər şeyi konkret olaraq nə vaxt öyrənə bilərsiniz?" Cavab belə oldu: İki gün ərzində təhvil verib-verməyəcəyimizi deyəcəyik.

Artıq 20 noyabrda saat 11:00-da Vazgenaşenin də təhvil veriləcəyi barədə məlumat verildi. Saat 24:00-a qədər bütün əşyaları götürmək lazımdır. Amma nə baş verdi? Hadisə saat 17:00 radələrində baş verdi. Atam və kiçik qardaşım evdə idi, əşyalarını yığmağa çalışırdılar. Atam avtomobil səsini eşitdi, həyətə çıxdı və avtomobilimizin oğurlandığını gördü. Fikirləşdik ki, kəndçilərimizdir. Məlum oldu ki, onu düşmənlər götürüb. Bir müddətdən sonra düşmən kəndə daxil oldu. Silahlarla evimizin həyətinə girdilər, atam və qardaşımı əsir götürdülər. Komandirləri Mustafa gələnə kimi onları saxladılar. Atam heç olmasa qardaşımın sərbəst buraxılmasını istədi, komandir xeyirxah çıxdı və onu sərbəst buraxdı. Uzun danışıqlardan sonra atam komandir ilə dil tapdı, avtomobil geri qaytarıldı və atam sərbəst buraxıldı. Xoşbəxtlikdən atam və qardaşımın həyatı xilas edildi.

Sualım budur: sizin rus ordunuz harada idi, dediyin təhlükəsizliyiniz harada idi, sizin nəzarətiniz harada idi? Mülki əhalinin həyatının təhlükəsizliyini təmin edəcəyinizə söz vermişdiniz.

Allah qorusun, atamla qardaşımın başına bir şey gəlsəydi, buna görə həyatınızla cavab verərdiniz. Bəxtiniz gətirdi ki, Mustafa burdakı ermənilərdən daha yaxşı çıxdı. Nə üçün? Çünki bu hadisədən iki gün əvvəl kəndimizin sakini Napoleon atamı və böyük qardaşımı bıçaqladı.

Qaçqın statusu bizə hədiyyə olaraq verildi ...

Heç olmasa indi vəziyyətə baxın, heç olmasa mülki əhalini taleyin mərhəmətinə buraxmayın.

Müharibənin çirkin tərəfi... ". (yeniavaz)

Digər xəbərlər
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
18:19 Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
18:18 Bu şəxslər Azərbaycana buraxılmır
18:18 COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
14:50 Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
14:48 “Axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi” - Trampdan qalmaqallı açıqlama
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək