hemle

Şuşada etiraz aksiyası keçirilib - "And içmə, inanmırıq" (FOTO+VİDEO)

Tarix:22-05-2020, 20:02
Baxış Sayı:784

Mayın 21-də işğal altında olan Azərbaycanın Şuşa şəhərində qondarma qurumun yeni "rəhbəri" Arayik Harutyunyana qarşı etiraz aksiyası baş tutub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraz aksiyası Arayik Harutyunyan "parlament"in xüsusi iclasında məlum "vəzifəni" üzərinə götürərkən baş verib.

"Şüurlu seçim" ictimai təşkilatının "Facebook" səhifəsində etiraz aksiyasından şəkillər paylaşılıb, şəkillərdə bir qrup şəxs flaşmob həyata keçirib.
[media=https://www.facebook.com/watch/Artsakh1.am/]
Onlar küçədə dayanıblar və "Saxtalaşdırılmış seçkilər", "Xəzinə oğrusu", "And içmə, inanmırıq" və s. kimi yazılarla plakatlar açıblar.

Aksiya iştirakçıları mədəniyyət mərkəzinə doğru gedən küçəni bağlayıblar, polislər isə baryer qurublar və nümayişçilərə irəli hərəkət etməyə icazə verməyiblər.
Alpər Mövludoğlu
Ordu.az

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı