hemle

Tərtərə düşmən hücumu nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırıldı

Tarix:19-11-2020, 12:57
Baxış Sayı:329






Vətən Müharibəsi zamanı düşmənin namərd atəşi nəticəsində ziyan dəyən qaz təsərrüfatının bərpası işləri davam etdirilir.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bu günə olan məlumata görə, Tərtər rayonu üzrə 48 yaşayış məntəqəsində qaz təchizatı tam, normal rejimlərdə təmin edilib.

Yalnız cəmi 1969 abonentin (dörd yaşayış məntəqəsi üzrə) qaz təchizatı məhdud olaraq qalır ki, bunun da aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülməkdədir. Bundan ötrü rayonda lazımi avadanlıqlar və işçi qüvvəsi səfərbər olunub.

Qaz təchizatı müvəqqəti məhdudlaşdırılan ərazilər Tərtər şəhərinin bir hissəsi, Şıxarx qəsəbəsi, Əskipara, Səhlabad və Düyərli kəndləridir.

Döyüşlər zamanı qaz xətləri və avadanlıqlara ziyan dəymiş və təhlükəsizlik tədbiri olaraq məhdudiyyətlər tətbiq olunan digər ərazilər - Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Bərdə rayonlarında qaz təchizatı tam bərpa olunub.

Ümumilikdə, qeyd edilən rayonlarda qaz alan yaşayış məntəqələrinin sayı 345, abonentlərin sayı isə 128 792 təşkil edir. Beləliklə, hazırda bu bölgədəkı yaşayış məntəqələrinin 98 faizi qaz alır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir