hemle

Kərkükdən Qarabağa salam!

Tarix:18-11-2020, 22:58
Baxış Sayı:438

ATESH,AZ saytı yazır.
Uzun illərdir qardaş Türkiyənin Samsun şəhərində yaşayan və burada Azərbaycan naminə böyük işlərə imza atan 19 Mayıs Universitetinin professoru Azər Qasımzadə samsunluların Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarının qələbə ilə başa çatdığını, şanlı Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda mübarizəsinin boyük sevgi ilə qarşılandığını bildirir. Professor qeyd edir ki, indi Azərbaycandan aldığımız qələbə xəbərləri bayram əhvalı və möhtəşəm tədbirlərlə qarşılamaqdadırlar.

Azər məllimin redaksiyamıza göndərdiyi xoş xəbərlər sırasında Samsun universitetinin təqaüddə olan professoru Qüdrət Kövsəroğlunun xalqımızın Qarabağ qələbəsi haqqında şeri də yer alır. Əslən Kərkukdən olan Qüdrət bəyin böyük bir qardaşlıq duyğusu və sevgisi ilə qələmə aldığı və “Kərkükdən Qarabağa məktub” adlandırdığı şeri bəzi kiçik düzəlişlərlə oxucularımıza təqdim edirik.

Kərkükün ürəyi atar səninlə,

Ağladıqca o da ağlar səninlə

İllərdir qopalı bizdən Qarabağ,

Doya-doya səni sevməyə gəldik.

Otuz il sənsiz ağladıq, durduq

Erməni zülmündən sinəyi vurduq

Tanrının verdiyi ilahi güclə

Azadlıq nişanın taxmağa gəldik.

Açsın Qarabağın sevinc gülləri,

Duyülsun göyündən azan səsləri.

Hər yanı Türk mirası olan sənin

Kütsal torpağını öpməyə gəldik.

Tarixin izini zaman silərmi?!

Zülümə igitlər boyun əyərmi?!

Qurana əmin etdik,yola cıxdıq

Bayrağı göylərə asmağa gəldik.

Qarabağın sahibi bizlərik Biz!

Heç varmı bizim tək buraxan bir iz?!

Bu torpaq bakirə duvaqlı gəlin,

Gəlini zalımdan almağa gəldik.

İllərcə bu zulmə uğradıq, durduq,

Qara günlərdən qara bağladıq.

Bu hala... cox inlədik, ağladıq

Şərəfsizlərə dərs verməyə gəldik.

Türkün səbrini ölçmə sən qafil,

Bu irqin əzmini bilməyən, cahil

Gölgədə duranın gölgəsi olmaz

Qarabağda Günəş olmağa gəldik.

Dünya heç durmadan hayqırıb dursa,

Min yerdən, min yandan pusqular qursa

Şəhidlər yurdunu, Can Qarabağı

Sevərək, can verib ölməyə gəldik!!!

Türkiyə, Samsun. 15.10.2020
ATESH,AZ

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı