hemle

ARVADI DA PAŞİNYANI SATQIN ADLANDIRDI - "Möhkəm dayanmışıq" + FOTO

Tarix:10-11-2020, 19:18
Baxış Sayı:623

Bütün Ermənistan Nikol Paşinyanı axtardığı, amma tapa bilmədiyi bir dövrdə onun arvadı Anna Akopyan özünün yeni fotosunu yayımlayıb.

ATESH,AZ saytı xəbər verir ki, “başının dəstəsilə” bir-iki gün əvvəl Qarabağa “döyüşə” yollanan Anna Akopyan özünün “feysbuk” səhifəsində Xankəndində olduğunu yazıb və bir neçə foto paylaşıb. Hansısa zirzəmidən çəkilmiş fotoların xüsusi şərhə ehtiyacı yoxdur...

Ancaq xanınm Akopyan paylaşdığı fotoya maraqlı status əlavə edib: “Əsgərlərimiz kimi, biz də öz mövqelərimizdə möhkəm dayanmışıq. Bizim düşmənlərə və satqınlara verəcək vətənimiz yoxdur”.

Əlbəttə ki, “əsgərlər” və “mövqelər” barədə hər şey bəllidir. Söhbət dabanına tüpürüb qaçan başıpozuq dəstələrdən və onların qoyub qaçdıqları şəhər və kəndlərdən gedir. Statusdakı “düşmənlər”in də təbii ki, Azərbaycan Ordusu olduğu məlumdur.
Bəs, görəsən “satqınlar” deyəndə kimləri nəzərdə tutur - əri Paşinyanımı, qondarma rejimin başçısınımı, yoxsa Xankəndini nəzarətə götürəcək Rusiya hərbçilərinimi? Bu sual açıq qalır...
ATESH,AZ

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi