hemle

Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - Sensasion ARAŞDIRMA

Tarix:30-09-2020, 01:02
Baxış Sayı:554

ATESH,AZ saytı yayımladı.
Ermənistanda ölkənin işgüzar elitasına və keçmiş rəhbərliyə qarşı korrupsiya əleyhinə mübarizə kampaniyası vədi ilə başlanan məxməri inqilaba ölkənin birinci xanımı Anna Akopyan "Ermənistan çamaşırxanası” kimi diz çökdürdü.

Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanla genişmiqyaslı müharibə və davam edən səfərbərlik nəzərə alınmaqla, erməni oliqarxları ölkədən təhlükəsiz çıxmaq üçün xeyli miqdarda pul ödəyiblər.
Əvvəlki hallarda olduğu kimi, pul Anna Akopyanın rəhbərlik etdiyi "Mənim Addımım” və "Gülüşlər Şəhəri” xeyriyyə fondları vasitəsilə İsveçrə və ofşor bank hesablarına köçürüldü.

Elita üçün bu təxliyyə əməliyyatının mərkəzində önəmli rolu Baş nazirin qaynı, Anna Akopyanın qardaşı və Ermənistan parlamentinin üzvü Hraçya Akopyan oynayıb.

Anna Akopyanın qardaşı yalnız pul köçürmələri üçün lazımi tədbirlərlə kifayətlənməyib, həm də maddi-texniki dəstəyi təmin edib.

Bildirilir ki, o, hətta şəxsi "Lear Jet” təyyarəsini hərbi vəziyyətə görə qapadılan Ermənistanın əsas beynəlxalq hava limanı olan Zvartnotsdan uçuşları təşkil üçün təqdim edib.

Bu əməliyyatla bağlı əlavə məlumat veriləcək.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir