hemle

"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA

Tarix:30-10-2020, 23:08
Baxış Sayı:681

“Artıq demək olar ki, döyüşlərin axırıncı fazasıdır. Hesab edirəm ki, yaxın günlərdə döyüşlər bitəcək və qələbə bizim olacaq”.

ATESH,AZ saytı xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov Qarabağın azadlığı uğurunda gedən döyüşlərin hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, ordumuzun hər gün yeni əraziləri işğaldan azad etdiyini bildirib:

“Hər azad olunan ərazi strateji üstünlükdür. Əldə olunan üstünlük sayəsində düşmən böyük itkilər verməyə məruz qalır və ordumuz Qarabağın daha da dərinliyinə doğru irəliləyir. Bunu düşmən tərəfi də etiraf edir. Belə ki, dünən qondarma rejimin “rəhbəri” Araik Arutyunyan öz xalqına vida müraciəti edib. Bu da onu göstərir ki, hazırda Azərbaycan Ordusu Şuşa və Laçın istiqamətində hər şeyi öz nəzarətinə götürüb və düşməni mühasirəyə alıb. Düşmən artıq çıxılmaz və çarəsiz vəziyyətə düşüb. Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq və 30 illik həsrətə son qoyulacaq”.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir