hemle

Fransadan Türkiyənin boykot çağırışına CAVAB

Tarix:27-10-2020, 12:01
Baxış Sayı:437

“Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik”.



Pravda.az xəbər verir ki, bunu Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib.



Onun sözlərinə görə, Türkiyə hökuməti və R.T.Ərdoğanla görüşləri davam etdirəcəklər.



Qeyd edək ki, Aralıq dənizinin şərqində və Liviyadakı hadisələr, habelə Məhəmməd peyğəmbərin təhqir edilməsi ilə bağlı Parisdə yayılan şəkillər səbəbindən iki ölkə arasında gərginlik yaşanır. Fransa prezidenti Emmanuel Makron ötən ay rəsmi Ankaranın Aralıq dənizinin şərqində özünü “NARO müttəfiqi kimi aparmadığını” bildirib. Oktyabrın 26-da Rəcəb Tayyib ərdoğan ölkə vətəndaşlarına Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış edib.



Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.



2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.Report

Tarix: 27 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 10:59
ATESH,AZ

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya