hemle

"Şanlı bayrağımızı Şuşada, Xankəndidə ucaldana qədər irəli, Əskər!"

Tarix:20-10-2020, 10:42
Baxış Sayı:449

Azərbaycan Əskəri … O indi Vətən çöllərini öz qanı ilə suvarır, təmizləyir. Yüzilliklər boyu insanlıqda payı olmayan işğalçı güclərin vəhşi basqısı altında torpaqları dilim-dilim kəsilib oğurlanan gözəl yurdumuzun dirçəlişinə xidmət edir.

Azərbaycan Əskəri yüzillər sonra ilk dəfədir itirdiyimiz torpaqları öz gücü, qüdrəti ilə, cəsur ürəyi və qeyrəti ilə geri qaytarır. Canını əsirgəmədən Can-Azərbaycanın yeni xəritəsini cızır. Ananın südü, Atanın zəhməti, Vətənin çörəyi sənə halaldır, Əskər!

O indi döyüş meydanında uf demədən gənc ömrünü iztirablara düçar edir, əzab-əziyyətlərə dözür. Ancaq doğma torpaqların azadlığı yolunda irəliyə atdığı hər addımı ilə, yağı-dığalardan xilas etdiyi hər kəndlə, şəhərlə, hər dağla, təpəylə, çayla, meşəylə bu xalqa elə böyük sevinclər bəxş edir ki, əsarətli yüzillər boyu biz bu hissləri yaşamamışdıq.

Xalqa bu xidmətinlə sən xoşbəxtsən, igid Əskər! Sən Vətənə yeni tarix yazırsan, Vətənin yeni xəritəsini cızırsan. O xəritə üzərində sənin izin yüzillərlə, minillərlə qalacaq. Sənin adın Ulu Babəkin, Şah Xətainin, Cavad xanın silahdaşları kimi bu yurdda daim var olacaq!

Ali Baş Komandanın rəhbərliyi altında şanlı bayrağımızı Şuşada, Xankəndidə, işğaldan azad edilən bütün torpaqlarda ucaldana qədər irəli, Əskər! Tam və qəti qələbəyədək irəli! Müqəddəs torpaqlarımızdan murdar düşməni qovub çıxardana qədər, torpaqları təmizləyib paklaşdırana qədər irəli!

Vətən səni Qarabağa ölməyə yox, öldürməyə göndərib, Əskər! Düşmənə aman yoxdur! Qoluna qüvvət!

İndi milyonlar səndən bu sözün təsdiqini gözləyir: “Qarabağ – Azərbaycandır!!!”

Tanrı sənə yar olsun!

ATESH,AZ

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT