hemle

Peskov: “Rus hərbçiləri Azərbaycanın Ermənistana vurduğu zərbələr barədə məlumatları yoxlayır” – Kreml qoşun yeritməyə məqam axtarır

Tarix:14-10-2020, 15:53
Baxış Sayı:407

Rusiya hərbçiləri Azərbaycanın birbaşa Ermənistan ərazisinə endirəcəyi zərbələr barədə məlumatların yoxlanılmasında iştirak edirlər.

hemlemedia.az saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü Azərbaycan hərbçilərinin Ermənistan ərazisindəki hərbi texnikaya hücum etdiyini açıqlayıb.

“Hərbi qurumumuz bu məlumatları təsdiqləyir, hər iki tərəfdəki həmkarları ilə daim əlaqə saxlayırlar. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun hər iki tərəfdəki həmkarları ilə telefon əlaqələri qurduğunu bilirsiniz. Bu məlumatlar yoxlanılır və təhlil olunur”. Peskov jurnalistlərə müvafiq sualı cavablandırarkən belə deyib.

“Bu, təsdiq olunarsa, KTMT mexanizmləri qüvvəyə minəcəkmi?” sualını Kremlin sözçüsü belə cavablandırıb: “Yoxlamanın nəticələrini gözləyək”.

Haşiyə: Rəsmi Moskva erməni qardaşlarına hərbi kömək etmək üçün dəridən-qabıqdan çıxır. Ancaq unudurlar ki, indiki vəziyyət onların istədiyi kimi deyil. Azərbaycan Ordusu hər gün işğal edilən torpaqlarını azad edir və rəsmi Moskvanın, İrəvanın bəyanatlarını qulaqardına vurur. Rus ordusunun isə Qarabağa yeridilməsi planı rus nağıllarına bənzəyir. Paşinyan onu yalnız röyalarında görə bilər. Röya görə bilirsə…

Babək Göyüş

KONKRET.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir