ATESH,AZ saytı yayımladı.
Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 9 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradıb.
Hər kəs bu qələbəyə, bu zəfərə bir kömək, bir yardım etmək üçün sanki yarışa çıxıb. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyatlarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət müəssisələri, şirkətlər, imkanlı şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.
Son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.
Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyac var ki, bu da daim göstərilir”.
Vətənsevər xeyriyyəçilər israrla yardımları çatdırmaq fikrində olduqlarını bildirdikdən sonra nəhayət, yardımlar qəbul edildi və xeyli miqdarda yardım bağlamalarını lazımi yerə təhvil verildi.
Bu nəcib təşəbbüsə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi də qoşulub. Birliyin sədri Radə Abbasın təşəbbüsü ilə filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı”şöbəsinin böyük elmi işçisi, Qarabağ qazisi Fəridə Hicran, texniki elmlər doktoru Qəzalə Xeyirabadi, Qarabağ rayonu Müşfiqabad qəsəbəsi məscidi icmasının sədri Hacı İrşad Süleymanov və Hacı Məcnun, tarix elmləri üzrə fəlsəfə doktoru Ramazan Hüseynli, şəhid Vasif Məmmədovun xanımı Ceyran Əzizova, Qarabağ qazisi Solmaz Əliyeva, Qarabağ qazisi Ceyran Əzizova, Qarabağ qazisi Cahandar Abbasov, müstəqil jurnalist Pərvin Abışova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidməti katibi Svetlana Osmanlı, “Ay” klinikasının baş həkimi Arzu Ələkbərova yardım kampaniyasının təşkilində və çatdırılmasında yaxından iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov xeyirxah təşəbbüskar və yardımsevərləri salamlayaraq, Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciətini onlara xatırlatdı.
“Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir”.
Əntiqə RƏŞİD
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri
ATESH,AZ