hemle

Milli Məclisin qərarı Ermənistanda qorxu yaratdı - Onlar qayıdır

Tarix:24-01-2025, 14:37
Baxış Sayı:440

Milli Məclisdə azad edilmiş ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.

Komissiyanın yaradılması parlamentin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

Məlumata görə, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.

Belə bir komissiyanın yaradılmasına Ermənistanda verilən reaksiya maraq doğurub. Komissiyanın hansı məqsədlə yaradıldığı rəsmi məlumatda öz əksini tapır, lakin Ermənistan mediası müxtəlif iddialar irəli sürüb. Əsas iddia belədir ki, bu komissiyanın yaradılması Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı ilə bağlıdır.

“Hraparak” nəşri yazır ki, bu məsələ Ermənistanın siyasi dairələrində fəal müzakirə olunur.

“Xüsusilə bir sual önə çıxır: Qarabağda erməni qalmırsa, hansı birgəyaşayışdan danışmaq olar? Ehtimallar var ki, Bakı Qərbi Azərbaycan proqramını həyata keçirmək üçün ermənilərin Qarabağda yaşaması məsələsini gündəmə gətirəcək. Qarabağda erməni çox az saydadır, qayıdanlar da azsaylı olacaq. Amma Qərbi Azərbaycan proqramı çərçivəsində Ermənistana 300 min azərbaycanlı qayıdacaq”, - nəşr iddia edir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ