hemle

Merkel də Makrona qoşuldu - Qarabağda müharibəni dayandırmaq istəyir

Tarix:2-10-2020, 18:13
Baxış Sayı:539

ATSH.AZ bildirir. “Avropa Birliyi Dağlıq Qarabağda barışıq tətbiq olunmasının tərəfdarıdır, hərbi metodlarla münaqişəni həll etmək olmaz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel səsləndirib.

“Əlbəttə ki, burada atəşkəsin tətbiq olunmasının tərəfdarıyıq. Bu, mürəkkəb münaqişənin həllini sülh yolu ilə müzakirə etmək üçün yeganə fürsətdir, lakin qətiliklə hərbi yolla deyil”. Merkel cümə günü AB liderlərinin Brüsseldəki sammitindən sonra keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Avropa liderləri Qarabağ münaqişəsi zonasında eskalasiyanı müzakirə ediblər və erkən atəşkəs üçün çalışırlar.

“Atəşkəsin ən qısa müddətdə qurulması vacibdir” deyib Merkel. İnformasiyanı Reuters agentliyi yayıb.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu