hemle

Ermənistan Qarabağa gedən yolları boşaldır - BU GÜNDƏN

Tarix:2-10-2020, 13:06
Baxış Sayı:432

İşğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, məhdudiyyətlər 2 oktyabr saat 14:00-dan etibarən qüvvəyə minəcək.

Məhdudiyyətlər Qarabağa girmək və cəbhəyə yardım əşyalarının aparılması ilə əlaqədardır.

Qeyd olunub ki, Qarabağa getmək istəyən şəxslər bunun üçün bir sıra qurumlardan icazə almalıdırlar.

Qeyd edək ki, daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb./qafqazinfo/

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir