hemle

Biz deyəndə inanmırsınız...

Tarix:26-09-2020, 01:14
Baxış Sayı:516

ATESH,AZ yayımladı.
Biz deyəndə ki, xarici ölkələrin Azərbaycandakı və regiondakı nümayəndəlikləri və xüsusən də səfirlikləri öz birbaşa işlərindən daha çox Ermənistanın işğalçılıq maraqlarını müdafiə ediblər, edirlər və etməkdə də israrlıdırlar, bəziləri təəccüblənirdilər. İndi aşağıda diqqətinizə təqdim olunan xəbəri xahiş edirəm diqqətlə oxuyun və nəticə çıxarın. Necə olur ki, iyul ayında az qala real genişmiqyaslı hərbi əməliyyatlar başlamağa 1 addım qalanda, Amerika dövləti öz vətəndaşlarına belə "qarğa-qarğa məndə qoz var" mesajını vermirdi, indi isə aləmə car çəkirlər ki, guya oralarda nə isə "tozanaq başlayıb".
Hesab edirəm ki, Azərbaycan XİN ABŞ-ın ölkəmizdəki səfirliyinin rəsmilərini dəvət etməli və onların narahatçılıqlarının səbəbi və mənbəyi ilə maraqlanmalıdrlar.
Mənim yanaşmam isə ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları, ATƏT-in Mİnsk qrupunun həmsədr ölkələrindən biri kimi, işğalçı Ermənistanı BMT TŞ-nın məlum qətnamələrinə əməl etməyə dəvət etmək əvəzinə onlara hansısa açıq mesajlar verirlər. Xeyr ola? Azərbaycan siyasi-hərbi rəhbərliyinin son bəyanatları deyəsən təkcə Ermənistanın faktiki yiyəsi olan Rusiya Federasiyasının rəsmilərini deyil, eyni zamanda ABŞ-ın da rəsmilərini bərk narahat edib. Məhz belə saxta, hiyləgər "həmsədrliyin" nəticəsidir ki, 27 ildən çoxdur boşboğaz və mənasız fəaliyyət gözlərimiz önündədir və bu bivec, şarlatan üçlük dəstə hələ bundan sonra da öz hiyləgərliyini davam etdirmək istəyirlər. Adama deyərlər, sizin heç olmasa zərrə qədər də olsa vicdanınız, şərəfiniz yoxdurmu ki, bu qədər insan dramlarına və faciələrinə göz yumursunuz. Ermənilərin son vaxtlar işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmya isə diliniz lal, qulağınız kar vəziyyətdə davranırsınız. Nəhayət ki, vicdanınız, ən əsası isə elementar kişiliyiniz olsun.
Məncə Azərbaycan dövləti və onun haqq işinə dəstək olan dövlət və dövlətlər Qarabağla bağlı atmaq istədikləri addımı tezliklə atmalıdır və bu işdə, nə Amerikanın, nə Rusiyanın, nə də digər hiyləgərlərin hoqqabazlığı heç bir əks təsir rolunu oynamamlı, işlər mütləq davam etdirilməliı və qəti addımlar atılmalı, qəti qərarlar qəbul olunmalıdır. Yetər artıq biz bu beynəlxalq şarlatanların guya nə isə işğalçıya başa salacağı kimi qeyri-ciddi nağıllara inanmağımız.
Tanrı Azərbaycan ƏSGƏRİNİ və XALQINI qorusun!
İndi isə, ƏMRİKƏNİN Bakıdakı və İrəvandakı səfirliklərinin erməni maraqlarına xidmət edən müraciəti ilə tanış olun və sivil, mədəni qaydada fikirlərinizi qeyd edin. Bəlkə olmayan vicdanları azca da olsa "peyda oldu". Belə isə, Allahın lənəti olsun belə yaramaz, xain siyasətə və siyasətbazlara! Kimliyindən asılı olmayaraq!

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı və Ermənistandakı səfirlikləri ABŞ vətəndaşlarını Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması səbəbilə öz səyahət planlarında ehtiyatlı olmağa çağırır.

ABŞ-ın Bakıdakı elçiyili öz vətəndaşlarına Abşeron yarımadasından kənar bölgələrə zəruri olmayan bütün səfərlərini təxirə salmağa çağırıb.

Ermənistandakı ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanla həmsərhəd Tavuş vilayətindən (Tovuz rayonu ilə həmsərhəd) və Dağlıq Qarabağdan uzaq durmağa çağırır.

“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin tövsiyəsində bildirilir.

Ermənistandakı ABŞ vətəndaşlarına M4 və M16 magistral yollarından şərqdəki əraziyə getməmək də tövsiyə olunur.

Sentyarın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyinin vebsaytında yerləşdirilən xəbərdarlıqda bildirib ki, ABŞ-ın Bakıdakı səfirliyi işçilərinə və onların ailə üzlvərinə Abşerondan kənara çıxmamağa dair göstəriş verib.

“ABŞ vətəndaşlarını istənilən yeniliklərlə bağlı yerli xəbərləri izləməyə davam etməyə çağırırıq. ABŞ səfirliyi ABŞ vətəndaşlarına ictimai məkanlarda ehtiyat nümayiş etdirməyi və baş verə biləcək hər hansı ictimai nümayişlərdən uzaq durmağı tövsiyə edir. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə davam edəcək və lazım gəldikcə əlavə informasiya paylaşacaq” – məlumatda bildirilir.
ATESH,AZ

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti