hemle

Ömrümüzə gələn bu payız öz gəlişinlə bizə qələbə müşdəsini gətirəcək!!!

Tarix:23-09-2020, 09:23
Baxış Sayı:752

Ömrümüzə gələn payız öz gəlişinlə bizə qələbə müşdəsini dadmağı nəsib et! Artıq müharibənin başlanmasının qaçılmaz olduğunu hər birimiz daha aydın-açıq görürük. Bir neçə gün bundan öncə müddətdən artıq hərbi xidmət edən kiçik çavuş Elşən Əli oğlu Məmmədov düşmən gülləsindən həyatını itirdi. Al bayrağımıza bürunərək şəhidimizi torpağa tapşıran gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün and içdilər! Təlimlərə başlayan gənclərimiz, könüllulərimiz tezliklə bu torpaqların işğaldan azad edəcəklərinə ümüdümüzü birə -beş artırdılar.Bu payız bizə müşdələr gətir. Düz 30 ildir gözümüz, qəlbimiz bu sevincə həsrətdir. Bu payız yəni sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda söyləmişdir. İnsan hüquqlarının pozulması, silahlı münaqişələr beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizim dünyada mülyonlarla insana öz mənfi təsirini etməkdə davam edir.BMT-nin yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi Baş Assambleynın canlandırılması beynəlxalq sülh və şəffaf təmsilçiliyi təmin edən, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin martın 2-də BMT-na üzv olmuşdur.Müstəqillik ən yüksək dəyərdir. 30 illik müstəqillik dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Ermənistan işğalçı dövlətdir. Güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 rayonu işğal etmişdir. BMT- 1993 -cü ildə qəbul edilmiş 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal etmiş Azərbaycan torpaqlarından çıxmasını tələb etsə də Ermənistan buna əməl etmir.Ermənistan qanınsuz məskunlaşma prosesini aparır. İşğal etdikləri Azərbaycan torpaqlarında tarixi və dini abidələrimizi məhv edir.Ermənistan sülh proseslərində iştirak etmir.Ermənistan müharibəyə hazırlaşır. On minlərlə mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstəsinin yaradılmasını elan etmişdir.Ermənistanın müdafi naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə bəyanatları ilə hədələyir.Azərbaycanın BMT əlaqələri davam edir. Qoşulma Hərakatının COVİD-19-a qarşı onlayın formatda Zirvə təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi.Azərbaycan COVİD-19 pandemeyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir.Azərbaycanın iqtisadiyyatıda sürətlə inkişaf edir.Son 17 ildə ümumi məhsul 3 dəfə artmışdır.Azərbaycan Dayanıqlı İnkişaf Məqsələrinin icrasındaböyük tərəqqi əldə etmişdir.2020-ci il üzrə Dayanıqlı inkişaf Hesabatında yer almış Dayanıqlı İnkişaf Hədəfləri İndeksinə görə Azərbaycan 166 ölkə arasında 54- cüyerdədir. Bu gün ölkə başçısı da onun sadə vətndaşıda Qarabağın azad olunmasına çalışır. Ya Qarabağ ya ölüm deyərək cəbhəyə yollanacaq oğullarımıza qələbə müjdəsini qazanmağı nəsib et uca Tanrım

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...