hemle

İrəvandakı qaynar başlar üçün “soyuq duş” effekti – Prezidentin son müsahibəsindən düşmənə çatası əsas mesaj

Tarix:21-09-2020, 08:08
Baxış Sayı:405

ATESH,AZ saytı yayımladı.

Azərbaycan Prezidenti İlham Əliyev ölkə telekanallarına son müsahibəsində Qarabağ münaqişəsi üzərində xüsusi dayandı. Problemin illərlə uzanmasına səbəb olan, onun ədalətli həllini əngəlləyən obyektiv və subyektiv amillərə, həmçinin bəzi tarixi aspektlərə və Ermənistanın hazırkı rəhbərliyinin kövrək gözləntilərin ziddinə olaraq, dinc danışıqları sıfırlayan təxribatçı və avantürist mövqeyinə yeni işıq saldı.

Məsələn, dövlət başçısı diqqətı çatdırdı ki, Heydər Əliyev SSRİ rəhbərliyində ikən ermənilər uzun müddət Dağlıq Qarabağda separatçı hərəkətə başlamağa cürət etməyiblər. Yalnız Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosundan uzaqlaşdırılandan iki həftə sonra onlar Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırıblar. Haqlı olaraq vurğuladı ki, Sovet İttifaqının son illərində Moskva Azərbaycana qarşı böyük ədalətsizliklərə yol verib.

Azərbaycan xalqının cəlladı Mixail Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafının ölkəmizə qarşı daim kin-nifrətlə yaşadığı faktdır. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş Abel Aqambekyanın mənfur təklifi yəqin ki, yaddaşlardadır. 1987-ci ildə o, Parisdə olarkən Fransa qəzetinə müsahibəsində özünə arxayıncasına Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə Moskvaya, Qorbaçova təklif verdiyini bildirmiş, bu təklifin həyata keçəcəyinə böyük inamını ifadə eləmişdi. Bu da təsadüfi deyildi. Çünki SSRİ-nin ovaxtkı rəhbərinin yaxın ətrafında gerçəkdən də çox sayda erməni var idi.

O da təsadüfi deyildi ki, Dağlıq Qarabağda Xüsusi İdarəçilik Komitəsinin yaradılması və komitəyə Mixail Qorbaçovun köməkçisi, erməni yanlısı Arkadi Volskinin təyin edilməsi məhz Qarabağın Azərbaycandan qoparılma planının tərkib hissəsi idi. Yaxın tarixdən məlumdur ki, Volskinin vaxtında azərbaycanlılar Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılıb. Beləcə, ilk dəfə olaraq Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparılıb, azərbaycanlılar Xankəndidən qovulublar.

Arkadi Volskinin erməni separatizminə bu xidməti isə cavabsız qalmayıb. Erməni lobbisi onu Qarabağdakı anti-Azərbaycan fəaliyyətinə görə yaxşıca “mükafatlandırıb”. A.Voslkinun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsi də bu xüsusda təsadüfi deyildi.

“O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə olaraq, tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər”, - İlham Əliyev müsahibədə qeyd edib.

Əlbəttə, Qarabağ ətrafında hadisələrin bu cür inkişaf tapmasında Azərbaycanın ozamankı rəhbərlərinin xəyanətkar mövqeyi də mühüm rol oynayıb. Xalqdan ayrı düşən, onun tələblərini ciddiyə almayan rəhbərlərin sonrakı taleyi bəllidir. Ərazilərimizin işğalında habelə Rusiya amilinin, sovet ordusunun Xankəndindəki 366-cı alayının rolu danılmazdır. Əsasən erməni millətindən olan hərbçi və zabitlərdən təşkil olunmuş həmin alay soydaşlarımıza qarşı etnik təmizlənmə aparılmasında, Xocalı soyqırımının həyata keçirilməsində mühüm rol oynayıb.

Azərbaycan prezidenti müsahibədə təcavüzkar Ermənistanın eyni siyasəti indi də Nikol Paşinyanın timsalında davam etdirdiyinə diqqət yönəldib. Bu siyasət isə həqiqətən qonşu ölkəni uçuruma aparır. Paşinyanın iki il yarımlıq hakimiyyəti bunun bariz təsdiqidir. Gerçək belədir ki, Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.

Yada salaq, 2018-ci ilin mayında Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qalmışdı. Tək səbəb bu idi: Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xunta rejiminin hakimiyyətdən getməsində maraqlı idi. Bu rejimin başında duranlar həm də Xocalı soyqırımının təşkilatçıları və iştirakçıları idilər. Ancaq özlərini “Qarabağ qəhrəmanları” kimi təqdim edən korrupsioner “Qarabağ klanı”nın rəhbərləri 20 illik hakimiyyət dönəmində artıq erməni xalqında da nifrət hissi yaratmışdılar.

Bunu hələ müxalifətdə olan Paşinyan da bilirdi. Bu da faktdır ki, hakimiyyətə təzəcə gələn Nikol Paşinyan Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərir, az qala yalvarır, vaxt istəyirdi. Daha sonra o, Düşənbədə MDB dövlət başçılarının sammiti zamanı Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdi. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəməsini, özünün isə danışıqlara meylli olmasını, konflikti həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdi. Ermənistandakı hakimiyyət dəyişikliyi eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərində də müsbət ümid yaratmışdı.

Rəsmi Bakı N.Paşinyanın bu xahiş-yalvarışlarına müsbət reaksiya verdi. Ona həqiqi mənada öz hakimiyyətini möhkəmlətmək və ardınca Qarabağa dair konstruktiv danışıqlar aparmaq naminə tarixi bir fürsət, şans tanıdı. 2018-ci ilin dekabrında Ermənistanda keçirilən erkən parlament seçkilərində Paşinyan tərəfdarları qalib gəldilər və hakimiyyət dəyişikliyi yekunlaşdı. Azərbaycan tərəfi Ermənistandakı qarışıqlıqdan Qarabağ üçün yararlanmadı. O sırada Nikol Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra Naxçıvan (Şərur) istiqamətində uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etmədi.

Lakin əfsus ki, Azərbaycan tərəfinin bu xoşməramlı jesti İrəvanda yanlış dəyərləndirildi. Paşinyan Dağlıq Qarabağ məsələsində tənqid elədiyi sələflərindən fərqlənməyən bir kursa üstünlük verdi. Hətta daha irəli gedərək, Dağlıq Qarabağdakı oyuncaq rejimi nizamlama prosesinin üçüncü müstəqil tərəfi kimi danışıqlar masasına oturtmağa çalışdı, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” sərsəm bəyanatı ilə danışıqları tam mənasız hala gətirdi. Bunlar azmış kimi, bu ilin iyulunda dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribata əl atdı. Lakin düşmən layiqli cavabını aldı. Hərbi xarakterli böyük canlı və texniki itkilər verərək, geri çəkilməli oldu.

Ermənistan hakimiyyəti indi həmin məğlubiyyəti öz xalqına qələbə kimi qələmə verib daxili ictimai rəyi özünün uğursuz islahatları və boşa çıxan vədlərdən yayındırmağa çalışır. Halbuki Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər, eləcə də müstəqil hərbi ekspertlərin açıqlamaları Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Tovuz istiqamətində düşmən ölkə bir qarış da irəliləyə, heç bir strateji yüksəkliyi ələ keçirə bilməyib.

Azərbaycan prezidentinin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, məntiqlə bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir, ondan kömək umurdu?..

Xarici sərhədlərini belə rus hərbçilərinin qoruduğu Ermənistan baş tutmayan bir dövlətdir. İanələr, yardımlar hesabına ayaq üstə dayanan, iqtisadiyyatı xroniki böhran yaşayan, işğalçı ordusuna çağırışçı tapmayan, Rusiyadan tam asılı bir ölkədir. “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır... Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?” – İlham Əliyev deyib.

Prezident onu da qeyd edib ki, Paşinyan Soros rejiminin məhsuludur və bu gün Ermənistanda söz sahibi əslində elə Corc Sorosdur. Paşinyan komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumur. Ermənistanda bir jurnalist aclıq edib və həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Həmçinin orada iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyası liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Halbuki eyni təşkilatlar Azərbaycana qarşı mütəmadi şəkildə “ikili standartlar”dan çıxış edirlər...

Qarabağ məsələsinə gəlincə, prezidentin qeyd elədiyi kimi, Paşinyanın təxribatları üzündən Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
Həmin təxribatlardan biri: Nikol Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək, Dağlıq Qarabağı müstəqil subyekt kimi tanıtmaq cəhdidir və Azərbaycan heç vaxt buna razı ola bilməz. Minsk Qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildiriblər.

Başqa bir təxribat Ermənistanın işğal edilmiş torpaqlarda süni məskunlaşdırma siyasəti aparmasıdır. Bu hərəkətlər bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Paşinyan rejimi isə bunu şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkməyə çalışırlar. Yada salaq ki, ATƏT-in faktaraşdırıcı missiyaları əvvəlki qanunsuz məskunlaşdırma faktkarı ilə bağlı hesabatlar yayıb. Belə hərəkətlərin yolverilməzliyini vurğulayıb. Azərbaycan tərəfi bir daha beynəlxalq birliyin, mötəbər təşkilatların, o sırada ATƏT-in diqqətini işğalçı tərəfin həyata keçirdiyi qanunsuz məskunlaşdırmaya dair yeni faktlara yönəldir.

Paşinyan iqtidarının danışıqları heçə endirən digər təxribatı qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin qondarma “rəhbəri” üçün “andiçmə” mərasimi keçirməsi idi. Həmçinin düşmən tərəfinin ərazilərimizdə hərbi təlimlər keçirməsi də açıq təxribatdır. Nəhayət, sərhəddəki iyul təxribat. Rəsmi İrəvan bu insidentə görə Azərbaycanı ittiham eləsə də, cəhdləri iflas olub. Dünya təxribatın arxasında Paşinyan hökumətinin durduğuna yəqinlik hasil edib. Hətta Minsk Qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi – Rusiya XİN başçısı Sergey Lavrov açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi, Azərbaycanın neft-qaz kəmərlərinin 15 km-də yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini ələ keçirmək üçün pozub. Bu təxribatın ardınca – avqust ayında erməni tərəfi daha bir təxribata əl atıb. Mülki vətəndaşlarımıza qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün ərazimizə diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.

Azərbaycan prezidentinin vurğuladığı kimi, bütün bunlarda məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Rəsmi Bakının bu təxribatlarla bağlı mövqeyi isə birmənalı və prinsipialdır. Prezident bəyan edib ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Xüsusi qeyd edib ki, Bakı imitasiya naminə danışıqlarda iştirak etməyəcək. “Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”, - deyə o diqqətə çatdırıb.

“Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır” – Bunu da Azərbaycanın dövlət başçısı söyləyib.

Ancaq reallıq belədir ki, Ermənistan sülhə deyil, yeni böyük müharibəyə hazırlaşır. Düşmənin təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi müşahidə edilir. KTMT-ni, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Gerçək budur ki, Ermənistan təcavüzkar dövlətdir, terrorizmə sponsorluq edən ölkədir. İşğal altındakı ərazilərimizə ASALA və PKK terrorçularının gətirilməsi barədə yayılan informasiyalar da təsdiqləyir ki, Ermənistan bizim üçün daim təhlükə mənbəyi olaraq qalır. O zaman Azərbaycan da beynəlxalq hüquqdan irəli gələn ən radikal addımlara əl atmaq haqqını özündə saxlayır.

Prezidentin bildirdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Sitat: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur... Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

İlham Əliyevin bu xəbərdarlığı həm də vasitəçi dövlətlərə, ələlxüsus Rusiyaya aydın bir mesajdır ki, işğalçı ölkəni nə qədər gec deyil, durdursunlar, onun rəhbərliyini ağla gətirsinlər. Xüsusən də elə bir vaxtda ki, Azərbaycan-Türkiyə hərbi ittifaqı və siyasi tandemi heç vaxt olmadığı qədər bölgədə vazkeçilməz güc faktoruna çevrilib.

“Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi”, - İlham Əliyev bildirib və qeyd edib ki, Azərbaycan da daima Türkiyənin yanındadır və bütün məsələlərdə Türkiyənin yanında olacaq: “Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.

Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayının ciddi şəkildə artdığını söyləyən ölkə başçısı əlavə edib ki, bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır: “Çünki Ermənistan regional sabitlik üçün təhdiddir”.

Yaxud prezidentin belə bir sitatı: “Naxçıvanda təlimlər keçirilib və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil - Ermənistan özü baş çıxarsın... Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər”.

Sözsüz ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək, dərinləşəcək və güclənəcək. Yekun etibarilə işğala son qoyulacaq günü yaxınlaşdıracaq.

Virtual Qarabağ - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz müvəqqəti olaraq Dağlıq Qarabağı itirdik”.

“Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

“Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

İlham Əliyevin bu sözləri İrəvandakı qaynar başlar üçün, nəhayət ki, “soyuq duş” effekti verməlidir. Əks halda, bu effekti Azərbaycan Ordusu yaradacaq. Həm də tezliklə. Prezidentin son müsahibəsindən düşmənə çatası əsas mesaj da elə budur...

ATESH,AZ

Digər xəbərlər
20:20 Vətəndaşların Diqqətinə: Kirayə ev axtararkən bunlara fikir verin
20:12 Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir
20:09 Yeni qanun: Hərbçilər artıq buna görə cərimə olunmayacaq
20:03 Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər
20:00 Bunlar da artıq dövlət sirridir - Prezidentdən FƏRMAN
15:11 Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi
15:08 Ermənistan kəşfiyyatı Azərbaycanla müharibə hesabatı yaydı - Sərhəddə toqquşma...
14:47 Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? - ŞOK DETALLAR