hemle

RAMİL USUBOVDAN QARABAĞDA YAŞAYAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

Tarix:9-05-2020, 16:25
Baxış Sayı:473

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin “Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün tolerant mühitin olmaması” kimi əsassız iddialara ən tutarlı cavabdır. Hər bir münaqişənin sonu sülhlə yekunlaşır. Eləcə də Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq”.

ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Ötən əsrin 70-80-ci illərində necə ki Heydər Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının mehribanlığına, həmrəyliyinə nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də işğal olunmuş torpaqların azad edilməsini, oradakı hər iki xalqın təmsilçilərinin qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək təhlükəsiz yaşamasını təmin edəcək. Çünki Prezidentimizin yürütdüyü siyasət nəticəsində artıq sadə erməni vətəndaşları, münaqişədən əvvəl Azərbaycanda yaşayan ermənilər anlayırlar ki, onların düşməni erməni şovinistləri, separatçılıq ideyalarıdır. Bu şovinizm dalğası erməni xalqını ötən əsrin 90-cı illərində susdurub, nəticədə də belə böyük faciələrə məruz qoyduğunu anlayırlar. Sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, onların təhlükəsizliyini, rifahını, gələcəyini təmin edəcək bir qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır”, – Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı