hemle

Stalin Bağırova əmr edir ki, siyahıya "Bəri bax" mahnısı da salınsın...

Tarix:19-09-2020, 23:24
Baxış Sayı:630

Təsadüfi zənglə sağ qalan dahimiz...
Səhv etmirəmsə, Anna Axmatovanın xatirələrindən, ya da Konstansin Simonovun xatirələrindən oxumuşdum indi haqqında bəhs edəcəyim hadisəni. Düzü, oxuduğum nə çox, nə az, 25-30 il bundan qabaqkı mütaliəmə daxildir. Yazanın kimliyini unutmağımsa, o zaman oxuduqlarımın Azərbaycandakı arxivimdə qalmasındandır. Amma fərq etməz harda qalıb, bizim üçün kimin yazması yox, nə yazması əsasdır bu məsələdə.

Müəllif yazır ki, 30-cu illərin ortalarında Stalinin qılıncının dalı-qabağı iti kəsən zaman o dövrün məhşur yazarlarından birinin arvadı yanıma gəldi ki, ərimi şərləyib tutublar, represiyaya salacaqlar. Axmatova, Simonov və tutulanın xanımı (tutulanın kim olduğunu da unutmuşam) üçlükdə elə həmin axşam durub gedirlər o zamankı SSRİ Yazıçılar İttifaqının sədrinin evinə. Düşünürəm, həmin zaman qurumun rəhbəri Şoloxov olmuş olsun! Dörtlükdə çox götür-qoy edirlər məsələni necə həll etsinlər. Hər üç nəfər sədrin boynuna qoymağa çalışırlar ki, Stalindən sən xahiş etməlisən, onun günahsız olduğunu deyib buraxılması üçün. Sədr isə çox tərəddüdlü olur, necə deyəcəyini, hansı formada deyəcəyini planlaşdıra bilmir. Ən çox da Stalinin qəbuluna necə düşəcəyini sual edirdi.

Müəllif qeyd edir ki, bizi yorğun düşüncədən ayıran qəfil telefon zəngi oldu, gözlənilməz zəng evə su çilədi. Biz bir-birimizə baxdıq, ev yiyəsi isə şübhəli baxışlarla telefonu süzdü. Hamının bir-birindən çəkindiyi bir dövrdə insandakı inamı şübhə arxa cərgəyə qovmuşdu. Düşündünüzmü, kim idi zəng vuran? Heç ağlınıza gəldimi bu kim olar?
Dəstəyi qaldıran sədr "alo!"- deyən kimi nitqi qurudu, zəng vuran danışır, sondasa sərd bircə kəlmə: "Yoldaş Stalin, ittifaqda hər şey qaydasındadır!" - dedi və bununla da telefondakı qısa danışıq bitdi. Biz dördümüz də anlamadıq ki, nədən sədr məqamdan istifadə edib məsələni Stalinə demədi və yazarın günahsiz olduğunu Stalinə çatdırmadı. Adam özü də öz halından çaş-baş qalmışdı.
Bütün bu hadisəni qələmə alan şair və ya şairə deyir. Amma mənim üçün yazının axırında onun gəldiyi bir qənaət idi, deyir: "Sədr Stalinin zənginə hesablanmış adam deyildi!"

1930-cu illərdə SSRİ daxilindəki respublikaların birgə iştirakı ilə dekada-10 günlük keçiriləcəkdi, bura respublikaların hər cür məhsulları daxil idi, həmçinin musiqi və mədəniyyəti də. Dekadadan əvvəl hər bir respublika öz konsert proqramın göndərmiş olur. Bu zaman Stalin Mir Cəfər Bağırova zəng vurur və " Sizin " Bəri bax, ay bəri bax!" mahnınız burda səslənəcəkmi?" - sual edir. Bağırov "Əlbəttə, yoldaş Stalin" - Deyir. Stalinsə siyahıda mahnıya rast gəlmədiyini vurğulayır, Bağırovsa anlaşılmazlığa görə üzr istəyir. Dəstəyi yerə qoyan kimi əmr edir ki, "Bəri bax" mahnısı siyahıya salınsın və onun bəstəkarı Üzeyir Hacıbəyov da dekadaya gedən qonaqlar sırasında olmalıdır.

Beləliklə, Hacibəyov ikinci dəfə güllələnmədən xilas olur. Həmin zaman Üzeyir bəy yeni yaratdığı ilk Azərbaycan xalq musiqi alətləri ansamblına tarı saldığı üçün kommunistlər tərəfindən adı qara siyahıya salınmışdı.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

Burdan gəldiyim nəticə: dahimizin aqibəti həmişə tükdən asılıb, təsadüflər nəticəsində xilas olub!
Eluca ATALI
hemlemedia.az

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR