hemle

Stalinin heykəlini hələ də qoruyurlar

Tarix:12-11-2018, 14:10
Baxış Sayı:516

Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi.. Şəkildəki heykəl isə keçmiş SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri İosif Satalinə məxsusdur. SSRi-nin dağılmasından uzun müddət keçməsinə baxmayaraq, Əlibəyli kəndində vaxtilə “Xalqlar atası” adlandırılan İosif Stalinin heykəli hələ də qalmaqdadır.

Stalinin heykəlinin yeni fotoşəkillərini sabiq deputat Etibar Hüseynov sosial şəbəkədə paylaşıb.

“Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi… Gürcüstanla heç bir sərhədi olmayan, lakin gürcülərin kompakt yaşadığı Əlibəyli kəndindəki məktəbin qarşısında Stalinin abidəsi bu gün də qalmaqdadır. Dövrlər, rəhbərlər dəyişsə də, gürcülər ötən əsrin 40-cı illərində ucaldılmış bu heykəlin dağıdılmasına imkan verməyiblər. Qoruyub, saxlayıblar, gələcək nəsillərə çatdırıblar. Mən məktəbin qarşısında dərsdən gələn uşaqlardan “bu heykəl kmindir?”- deyə soruşdum. Demək olar ki, hamısı əvvəlcə çiynini çəkdi və çox sadə cavab verdilər: “O, bir gürcüdür””,-deyə E.Hüseynov paylaşımı şərh edib.


Stalinin Qax rayonunun Əlibəyli kənd ndəki bu heykəli XX əsrin 40-ci illərində qoyulub və bu günədək qorunub saxlanılıb. Sakinlər İosif Stalinin anadan olmasının və vəfatının ildönümlərində abidəni ziyarət edirlər.


Uzun illər (1924—1953) SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalin 1879-cu ilin dekbarın 9-da Gürcüstanın Qori şəhərində anadan olub. 1922-ci ilin aprelində SSRİ Mərkəzi Komitəsinin baş katibi seçilib. 1953-cü ilə qədər bu vəzifədə işləyib. 1953-cü ilin martın 5-də Moskva şəhərində ölüb.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı