30 mart 2017 ci ildə Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib gəlmiş “Fiziki qüsurlu gənclərin cəmiyyətə adaptasiya olunması” adı layihəsinin icrası baş tutdu.
Layihənin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə adaptasiyası, İstedadlarının daha da inkişaf etdirilməsinə yardım, İnsanlıq ,yüksək insani keyfiyyətlərin, mənəvi zənginliyin qorunması, əlilliyi olan gənclərimiz arasında müxtəlif müsabiqələr təşkil edib həyata keçirmək, onlarda həyat sevgisinin daha da artırılması, onların da cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırmaq əsas məqsədimizdir.Ən əsas məqsəd fərqliliyi aradan götürməkdir. Bu məqsədə çatmaq üçün hər birimiz insanlıq borcumuzu layiqincə yerinə yetirməliyik.
Layihə çərçivəsində şeir nominasiyası üzrə müsabiqəsi baş tutdu. Müsabiqəyə əlilliyi olan və əlilliyi olmayan şairlər qatılmışdır. Eyni zamanda münsiflər heyəti əlilliyi olan və olmayan şairlərdən ibarət idi. Qafqaz Media İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, şairə Azadə Taleh, Türk Dünyası qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin, Türkəm Ədəbiyyatçı və Yazarlar Birliyinin üvzü, şairə Aybəniz Qafarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözədən əlil şair Mütalib Tahiroğlun və şairə Tahirə xanımın seçimi ilə Cəmilə Məmmədli 1 ci yerə, Aytən Alimqızı 2 ci yerə və Ülkər Dəniz isə 3 cü yerə layiq görüldü.
Qaliblər layihənin diplomu və hədiyyəsi ilə mükafatlandrıldı. Digər 3 finalçı layihənin həvəsləndirici diplomu ilə təltib edildi.
Sonda gənclər üçün yaratdığı bu imkanlara görə, gəncliyin inkişafına,isdedadlı gənclərin yetişməsində əvəzsiz rolu olan, əlilləri diqqətdən kənar qoymayan Azərbaycan Respublikasının Prezindeti Cənab İlham Əliyeva və Azərbaycan Prezindeti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərhad Əliyeva minnətdarlıq bildirildi.