Bu gün Dövlət Pedoqoji Universitetinin Şamaxı Filialında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib gəlmiş Qabil Ədalətin “Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə adaptasiya olunması” adı layihəsinin icrası baş tutdu. Layihənin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə adaptasiyası, onların xüsusi istedada malik olanlarının aşkar edilib üzə çıxarılması. İstedadlarının daha da inkişaf etdirilməsinə yardım, İnsanlıq ,yüksək insani keyfiyyətlərin, mənəvi zənginliyin qorunması, əlilliyi olan gənclərimiz arasında müxtəlif müsabiqələr təşkil edib həyata keçirmək, onlarda həyat sevgisinin daha da artırılması, onların da cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırmaq əsas məqsədimizdir. Bu məqsədə çatmaq üçün hər birimiz insanlıq borcumuzu layiqincə yerinə yetirməliyik.
Tədbirə Universitetin müəllim və tələbə heyəti ilə yanaşı, Şamaxı Heydər Əliyev Mərkəzinin rəhbəri Məhəmməd Əliyev və əməkdaşları, layihənin eksperti Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Beynəlxalq İnformasiya və Regional Araşdırma İctimai Birliyinin sədri və KarabakhToday.com saytının rəhbəri Zaur Qəriboğlu, Qarabağ qazisi Aminə Vəliyeva, Reaksiya.az saytının rəhbəri Hidayət Məlikov, Şamaxıda fəaliyyət göstərən Şəffaflıq qəzetinin baş redaktoru Vahid İsmayılov, Qarabağ əlilləri, və Şamaxı İncəsənət Mərkəzinin isdedadlı əlilləri qatılmışdır.
Sonda fəal gənclərə, layihənin diplomu verildi və gənclər üçün yaratdığı bu imkanlara görə, gəncliyin inkişafına,isdedadlı gənclərin yetişməsində əvəzsiz rolu olan, əlilləri diqqətdən kənar qoymayan Azərbaycan Respublikasının Prezindeti Cənab İlham Əliyeva və Azərbaycan Prezindeti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərhad Əliyeva minnətdarlıq bildirildi.
Layihənin icrası Şamaxı şəhərindən sonra Bakı şəhərində davam edəcək.