hemle

“Müasirlikdə Peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirilib - ATƏŞ.AZ

Tarix:16-01-2017, 13:23
Baxış Sayı:590

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Müasirlikdə Peyzaj təsvirləri” layihəsinin təqdimatı keçirilib. Təqdimatda çıxış edən layihə rəhbəri Əlizadə İlahə Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğunu bildirmiş və layihənin gedişatı haqqında ətraflı məlumat vermişdir.
Tərəfdaş təşkilatların nümayəndələrinin də iştirak etdiyi təqdimatda qeyd olundu ki, Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərimizi, nəsildən-nəsilə gətirib çıxarılan xəzinəmizi qorumaq, inkişaf etdirmək hər bir gəncimizin mənəvi borcudur. Məhz nadir sənət növlərimizdən olan peyzaj sənətinin də yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu sənət növünün tədqiqi, örgənilməsi, təbliği vacib məsələdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müasirlikdə peyzaj təsvirləri” mövzusunda rəsm sərgisi təşkil olunacaq.
Sonda layihə çərçivəsində görüləcək işlər, icra planı və istiqamətləri, risklər və layihə icrasından gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu