ATESH,AZ Fedai.az isyinadən yayımladı
2017-ci ildə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəzarətində olan “Şərq-Qərb” nəşriyyatı təxribatçı kitab çap edib.
Bu kitab X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyası idi və orada uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə verilmişdi.
Daha sonra aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılmış və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilmişdi.
Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Həmin kitabla bağlı Fedai.az-ın 2017-ci ildə yazdığı məqaləni diqqətinizə çatdırırıq.
KAMRANIN ARMENİYASI»NDA YEKƏ DİQRAN GİZLƏNMƏYƏ YER TAPMIRDI… + 14.10.2017, 01:34 (Araşdırma) Fedai.az
Xəritə qalmaqalına səbəb olan Kamran Əsədov «quş» buraxa-buraxa arxada dayanan erməni soyluların sifarişlərini yerinə yetirməkdə davam edir. Xalqın daha aydın təfəkkürlü və erməni yalanları qarşısında ayıq bölümünü «kütlə» adlandıran bu quş beyinə dəstək olan bəzi Avrosentrizmin köləsi olan alimlərə bircə xronoloji sualım var: «Romalıların Qafqaza ilk hücumları nə vaxt olub və ərazilər bu zaman necə adlanırdı?» , iki nəhəng imperiya arasında «yekə ermənistan» adlı bir imperiyanın olmasına doğrudanmı, inanacaq qədər, axmaqsınız?
Bunca sadə bir sualın cavabını verə bilməyən adamları ortaya atanlar sadəcə savadsız adamlar deyil. Rusiyada Şərqşünaslıq fakültələri və inistitutları əslində «Hay alimi yetişdirmə» mərkəzləri olması hər kəsə yaxşı məlumdur. Bu saxta xəritənin rus variantı da bu mərkəzlərin əsilsiz və qondarma işlərindən biridir. Bunu guya qanmayan K. Əsədov HAYasızcasına xalqdan soruşur: «Bəs mən ARMENİYAnı hara yazım?»
Bu adam hələ də anlamayıb ki, olmayan şeyin yeri də olmur. Bir paylaşımıma rəy yazan bəziləri Vatikanda gizlədilən xəritələrdə Armeniya yazıldığını yazırlar. Bu Vatikan gizlinlərini bizim «əldəqayırma» «elmi xədimlərimiz» bilirsə, daha onun nəyi gizli oldu? Amma Romanın qədim xəritələrində belə vilayət və coğrafi nomen qeyd edilməyib. Hətta Rusiyanın dərsliklərində də bu adda vilayət qeyd edilməyib.
Bu bölgünü olduğu kimi rus dilində nəzərinizə çatdırırıq: Учебники
СПИСОК РИМСКИХ ПРОВИНЦИЙ Приводится в порядке их образования 1. Сицилия (227 г. до н. э.) 2. Сардиния и Корсика (227 г. до н. э.) 3. Дальняя Испания — Бэтика (197 г. до н. э.) 4. Ближняя Испания — Тарраконская Испания (197 г. до н. э.) 5. Македония (148. г. до н. э.) г 6. Африка (146 г. дон. э.) 7. Азия (133 г. до н. э.) 8. Галлия Нарбонская (120 г. до н. э.) 9. Крит и Киренаика (75 г. до н. э.) 10. Понт и Вифиния (74—66 гг. до н. э.) 11. Киликия (92 г. до н. э.) 12. Сирия и Палестина (63 г. до н. э.) 13. Галлия Лугдунская (52 г. до н. э.) 14. Бельгика (52 г. до н. э.) 15. Аквитания (52 г. до н. э.) 16. Новая Африка — Нумидия (46 г. до н. э.) 17. Египет (30 г. до н.э.) 18. Иллирик (27 г. до н. э.) 19. Ахайя (27 г. до н. э.) 20. Галатия (25 г. до н. э.) 21. Лузитания (19 г. до н. э.) 22. Рения (15 г. до н. э.) 23. Норик (15 г. до н. э.) 24. Мезия (15 г. дс н. э.) 25. Паннония (10 г. до н. э.) 26. Далмация (6 г. н. э.) • 27. Германия Верхняя (16 г. н. э.) 28. Германия Нижняя (16 г. н. э.) 29. Каппадокия (17 г. н. э.) 30. Мавритания Тингитанская (40—41 гг. н. э.) 31. Мавритания Цезарейская (40—41 гг. н. э.) 32. Британия (44 г. н. э.) 33. Фракия (46 г. н. э.) 34. Ликия и Памфилия (43 г. н. э.) 35. Аравия (105 г. н. э.) 36. Дакия (107 г. н. э.). Elə bu ermənibaşlılara sualı rusca verək-А где Армения???
İndi bu məsələnin erməni sifarişi olmasını sübut edəcək digər faktlara diqqət yetirək. Xəritə kollektiv əməyin məhsuludur. Özləri erməniyə xidmət etdikləri halda, bunların «texniki qüsur»undan yazanları «ermənidən betər» adlandıran müəlliflərə diqqət edin:Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynov. Kitabı «Şərq-Qərb» nəşriyyatı çap edib. Bu siyahıda adı 8-ci yazılan K. Əsədov niyə ortaya düşməsi, sizcə təsadüfdürmü? Nəşriyyat kimə məxsusdur?
Sual verməyi xoşlayan K. Əsədova Ölkə.az saytı sual ünvanlasa da, hələlik cavab verilməyib. Ölkə.az yazır ki, K.Əsədov 3 il öncə dələduzluqda ittiham olunub. Belə ki, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən K. Əsədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi. Baş Prokurorluğun mətbuat xidmətinin 11 sentyabr 2014-cü ildə yaydığı məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı kimi təqdim edən, Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3.000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyentin ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K. Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K. Əsədovun üstündən 2 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü. Həmin dövr faktla bağlı cinayət işi başlanmış və K. Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 2015-ci ilin fevral ayında isə K. Əsədov azadlığa çıxıb.
Maraqlı məqamlardan biri budur ki, adı dələduzluqda hallanan belə bir şəxsə Təhsil naziri “Azərbaycan tarixi” kitabını necə həvalə edib? Sizcə ölkədə antikorrupsiya tədbirlərinin gücləndirildiyi bir vaxtda bu əfv təsadüfdürmü? K. Əsədovun bilmədiyi sualları xalqa ünvanlamasının arxasında dayanan həqiqətləri üzə çıxarmalıyıq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib: “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-də və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırıb. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib.
Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılıb. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməyib. Bütün analoji xəritələrin hamısında uydurma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adı çıxarılıb, ancaq “Armenia” adı saxlanılıb.
Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armenia” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armenia”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T. Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda, X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı, qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armenia” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”. Haqqında bəhs olunan X sinif dərsliklərinin ekspertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib.
Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilib. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub. Üstəlik, bu strateji-milli maraqlara söykənən vəsaitlərin qrantlar hesabına çap edilməsi də qaranlıq məqamlardandır. AMEA Tarix İnistutunun Elmi Şurası bəyanatında gərək müəlliflərin yüzlərlə xəritə içərisində niyə bu variantın seçilməsi ilə bağlı sorğusunu aidiyyatlı qurumlara ünvanlayaydı. Dəfələrlə xəbərdarlıq etmişəm və bir daha edirəm: «Ermənilərin Azərbaycanda və Türkiyədə güclü şəbəkələri mövcuddur. Kripto kimliklərə sahib bu agentura şəbəkəsi hər yerə, hətta dövlətin ən strateji qollarında söz sahibi olacaq bir mövqelərə sızıb və bu gün xalqa divan tutmaqla məşğuldurlar. Aprel döyüşlərindən sonra içimizdəki erməni şəbəkəsi total şəkildə hücuma keçiblər. “26” kafesi, «26 Bakı komissarı» küçəsi, Şaumyanın yetimlərinin qəbir ziyarəti, xəritə təsadüf ola bilməz, hələ bu xəritənin kontur (lal) variantı da var. Onu müzkirəyə çıxartmayıblar. Bu günlərdə bir araşdırma apardıq. Məlum oldu ki, rus dilinin regionda zəifləməsi səbəbindən erməni informasiya və dezinformasiya mərkəzlərini Türkiyə və Azərbaycana yerləşdiriblər. Türkiyədə 56 vəqf ermənilərə məxsusdur və İstanbul, Diyarbəkr, Kayseri və Xatayda fəaliyyət göstərir. Bunların nəzarətində 70 min portal var. Bu mərkəzlərin Azərbaycanda uzantıları aşkar fəaliyyətdədirlər. Bu xəritə hələ ki gözə görünən bir olaydır. Xalq və xüsusən də saytların erməni nəzarətində olmayan kəsimi diqqətli olmalıdırlar».
Bir daha tarixi faktlarla bağlı şərhlərə nəzər salaq: «Ekspert izah edib ki, həmin xəritədə Trayan və Adrian adlı imperatorların hökmranlıq dövründə mövcud olan ölkələr və ərazilər göstərilib. “Amid və Dzirav döyüşlərində Ermənistan Roma imperiyasının müttəfiqi idi. Lakin bir daha təkrar edirəm ki, indiki Ermənistandan söhbət getmir. Sonra Vizantiya və Roma imperiyası arasında müqaviləyə əsasən Ermənistan Şərqi və Qərbi Ermənistana bölündü. Və o, Şərqi Anadoluda yerləşirdi”. Bu müəllifcik heç bir tarixi bilgisi olmayan və erməni arzuları ilə oynayan biri kimi öz eybini qanmamağı bir yana dursun, xalqın daha aydın təfəkkürlü kəsimini «kütlə» adlandırır. O dövrün ilkin mənbəsi sayılan Plutarx Kamranın gəzdiyi Armeniyanın cizgilərini verib. Plutarx yazır: «…Uğurla davam edən yürüşlərdən sonra Likull Fərat çayını keçərək Ermənistana daxil oldu…
…Tiqranın ətrafına erməni və qordienlərlə yanaşı, Midiya və adabenlər öz çarları ilə, Babildən ərəblərdən ibarət dəstələr, Xəzər tərəfdən albanlar, iberlər və Araz çayı sahillərində yaşayan azad tayfalar da bunlara qoşulub gəlmişdilər. Bunları Tiqran yaltaqlıqla və şirin vədlərlə toplamışdı»… Plutarxın «Избранные жизнеописания» ( Москва 1987.г. том I, II)
Tiqrana tabe şəhərlər arasında Tiqrankert, Artaksat, Kabira, Sinop və Nisubudun adları çəkilir. Döyüş Fəratın qolu olan Apsani çayı sahilində baş verdiyi bəllidir. Filosof Antiox «Allahlar haqqında» əsərində bu döyüş haqqında «günəşin belə bir hadisəyə rast gəlmədiyini» yazırdı. Strabon isə öz «Tarixi qeydlər» əsərində yazırdı ki, romalılar öz-özlərinə gülərək ələ salırdılar ki, belə bir quldur yığnağına silah qaldırmışlar. Kiçik bir əyalətdə qaçmağa yer tapmayan Tiqran başındakı tacı çıxararaq yaltaqcasına Pompeyin ayaqları altına qoydu. Bununla da hayların az yaşlı dövlətciyi tarixin arxivinə verildi.
Kamran Əsədovun Armeniyasında ermənilərin uydurma birinci çarı I Artaşes (e. ə. 189-161-ci illər) Suriya çarlığının bir əyalətinin rəhbəri idi. Artaks şəhərini salmağı Antioxda məğlub edilərək buralara qaçan Hannibaldan xahiş etmişdi. AR MİNE coğrafi nomeninə isə tarixdə ilk dəfə İran şahı I Dara tərəfindən yazılmış gil lövhədə rast gəlindiyi (e. ə. 522-486-cı illər) versiyası var. Bu da tərcümədə «Aşağı ölkə» anlamını verdiyi bildirilir. Bu gün erməni boşboğazları Urartunu dünyaya Ararat dövləti kimi təqdim etməyə çalışdıqları bir zamanda bu dilin çeçen dilinə uyğunluğunu görüb «armenoid irqi» adlandırdıqları millətləri «ermənidən dönmə» hesab edirlər. Bir vaxtlar XVI-XVII əsrlərdə özlərini 5 çayın patrirxları (Raffi), sonra 3 gölün sakinləri və dünyanın səssizliyini görüb özlərini dənizdən dənizə bir xəyali imperiya elan edən hay həyasızlığı ilə bu gün qarşı-qarşıyayıq.
Bu günədək millət olmağı bacarmayan və bir çox millətlərin tör-töküntü zibilxanasına bənzəyən bu saxtakar xalqa «Ayı xidməti» göstərənlərə ad verməyə çətinlik çəkirəm. Bilə-bilə ki, erməni tarixi kitablarını fransızlar 18-19-cu əsrlərdə uydurublar, ondan mənbə olaraq istifadə edənlərə alim demək nadanlıqdır.
İçimizdə bəslədiyimiz kripto ermənilərin fəallaşmasına səbəb bölgədəki siyasi iqlimin qaynar olması ilə bağlı ola bilər. Yadıma 26 sentyabr 1802-ci il çar I Aleksandr P. Sisianova yazdığı məktubun mətni düşür: «Nəyin bahasına olursa-olsun Azərbaycanın bu və ya digər xanlığına hücumda ermənilərdən geniş istifadə etmək lazımdır. Xüsusiylə, Rusiyaya daha sədaqətli erməni keşişi Danil ola bilər». Çox güman ki, bu gün də bu ermənisifətlərə də belə bir məktub ərz olunub…
Sonda bir daha bildirirəm ki, kiçik və böyük bölgüsü Erməni əyalətini iki yerə ayıran Fərat çayının sağ sahilindəki kiçik bir ərazi böyük Ermənistan, sol sahilindəki ərazi isə kiçik Ermənistan adlanırdı. Bu gün Böyük Qışlaq kəndi ərazicə böyük Ermənistandan böyükdür. Çünki Plutarxın yazdığından aydın görünür ki, «Kamranın Armeniyasında» Yekə Diqran qaçmağa və gizlənməyə yer tapmırdı…
…Paradoksa baxın, bu gün də K. Əsədov xəritədə («İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?») Armeniya yazmağa yer tapmır…
P. S. Ermənilər XVIII əsrdə çəkilmiş bir ingilis xəritəsini necə dəyişdiklərini şəkillərdən izləmək olar. Ermənilər yaxın dövrlər üçün inandırıcı olmadığı üçün bu xəritəni artıq e. ə. XVIII-XVII əsrlərə aid edirlər. Yaxşı ki, Haykanuşun bicləri orda-burda böyüyüblər…
Fedai.az Araşdırma Qrupu
ATESH,AZ